"Qüdrət bəy bir anlıq tək övladının hərbidə hər hansı bir bədbəxt hadisə zamanı dünyasını dəyişməsini gözünün qabağına gətirsin. Mən onda Qüdrət bəyin üzünə baxmaq istəyərdim ki, görəsən yenə həmin təklifləri səsləndirəcək"
16-11-2011 / 13:05
Dünən Milli Məclisdə deputatlar tərəfindən əsgərliklə bağlı təkliflər irəli sürülüb. Deputat Qüdrət Həsənquliyev deyib ki, ailənin tək oğlanları və tək övladların hərbi xidmətdən azad olunması yolverilməzdir: “Hazırda ailələr elə planlaşdırılır ki, böyük əksəriyyətində iki övlad olur - bir oğlan və bir qız. Əgər tək övlad və oğlanları azad etsək, onda ordunu kimlə kompleksləşdirəcəyik?” FaktXeber.com-un “Qüdrət Həsənquliyevin fikirlərinin reallıq olduğunu nəzərə alsaq, problemdən çıxış yolunu nədə görürsüz”, - sualını cavablandıran ehtiyatda olan polkovnik-leytenant, hərbiçi ekspert Üzeyir Cəfərov Azərbaycanda çağırış resursları ilə bağlı heç bir problemin olmadığını bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.