16 noyabr 1995-ci ildə YUNESKO-ya üzv dövlətlər tolerantlıq prinsipləri haqqında Bəyyanəmə qəbul edib
16-11-2011 / 10:37
16 noyabr 1995-ci il tarixdə YUNESKO-ya üzv dövlətlər tolerantlıq prinsipləri haqqında Bəyyanəmə qəbul edib. 1996-cı ildə isə BMT Baş Assambleyası quruma üzv ölkələri hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq günü kimi qeyd edilsin və bununla bağlı təhsil müəssisələrində, eləcə də geniş ictimai arasında müvafiq tədbirlər keçirilsin. Tolerantlıq latınların "tolerantiya" sözündən götürülüb, səbir, dözüm anlamındadır.
Tolerantlıq prinsipləri haqqında Bəyyanəmədə deyilir ki, bütün insanlar öz təbiətlərinə görə fərqli olsalar da, dəyər və hüquqlarına göbrə bərabərdirlər. Sənədə görə, dözümlülük dünyada mədəniyyətlərin, özünü ifadənin və insan şəxsiyyətinin təzahürünün müxtəlifliyinin başa düşülməsi, qəbul edilməsi və hörmət göstərilməsidir. Dövlət səviyyəsində dözümlülük ədalətli və qərəzsiz qanunvericilik, qanunçuluğa, məhkəmə-prosessesual və inzibati normalara əməl edilməsi deməkdir. Tolreantlıq hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və sosial inkişaf imkanı yaradılmasını tələb edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.