Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına görə, son bir həftədə ölkədə QİÇS virusundan 3 nəfər ölüb.
Xəstəlikdən ölənlərin 2 nəfəri kişi, biri qadındır. Onların hər üçünün yaş həddi 50-dən aşağıdır.
Mütəxəssislər Gürcüstanda QİÇS-ə yoluxma hallarında artım müşahidə olunduğunu bildirirlər.
Azərbaycanda da vəziyyət heç də ürəkaçan deyil. 2011-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 303 təşkil edib. Onlardan 298-i (98,3%) Azərbaycan vətəndaşı, 5 nəfəri (1,7%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 298 Azərbaycan vətəndaşından 213-ü (71,5%) kişi, 85-i (28,5%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən insanların sayı 104 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 102 nəfər olub. Bu dövr ərzində İİV-infeksiyasından 23 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2011-ci ilin ilin 6 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 3026 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2919 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 107 nəfəri (3,5%) isə əcnəbidir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2392-i (81,9%) kişi, 527-i (18,1%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 804nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı793 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 398nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 393 nəfər olmuşdur.
Azərbaycan vətəndaşında ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2011-ci ilin 6 ayının sonunadək2919 İİV-ə yoluxmuş insandan 798-i (27,3%) Bakı şəhəri və Abşeron rayonunda, 2078-i (71,2%)Respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 43nəfərin (1,5%) yaşayış yeri naməlumdur.
2919nəfər Azərbaycan vətəndaşından 1831-də(62,7%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 746-da(25,6%) heteroseksual, 26-da (0,9%) isə homoseksual kontakt nəticəsində, 39-də (1,3%) anadan uşağa keçməklə, 1-də (0,03%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir; 276 nəfərdə (9,5%) yoluxma yolu naməlumdur.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 08.11.2006-cıil tarixdən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 731 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 144 nəfərə müalicə 2011-ci ilin 6 ayı ərzində başlanılmışdır.
Nərgiz Kazımlı