Qafqaz Universiteti dünyanın ən yaxşı təhsil proqramı üzrə diploma layiq görülüb
15-11-2011 / 13:59
FaktXeber.com-un verdiyi məlumata görə, ali təhsil sahəsində əlverişli imkanlar təklif edən Eduniversal Beynəlxalq Şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı magistratura və doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlayıb.
Qafqaz Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, qiymətləndirməyə dünyanın 153 ölkəsindən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunub.
Eduniversal Beynəlxalq Şəbəkəsinin Elmi Komitəsi Qafqaz Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr proqramını dünyanın ən yaxşı 200-cü təhsil proqramı seçib və diploma layiq görüb.
Ən yaxşıların seçimi yarışında Avropa, Afrika, Amerika, Mərkəzi Asiya, yaxın və uzaq Şərq ölkələrinin beynəlxalq aləmdə nüfuzu olan universitetləri iştirak ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.