ABŞ-ın xarici işlər naziri Hillari Klinton ilə eks-prezident Bill Klintonun qızı Çelsi, NBC üçün müxbirlik edəcək
15-11-2011 / 13:14
FaktXeber.com-un məlumatına görə, ABŞ-ın məşhur NBC kanalından verilən açıqlamada bildirilir ki, atası tərəfindən yaradılan xeyriyyə təşkilatında işləyən Çelsi Klintonun, NBC-nin gecə xəbərləri ''Nightly News'' və xəbər-maqazin proqramı ''Rok Center with Brian Williams'' üçün xəbərlər hazırlayacağı bildirilir.
Çelsi Klinton NBC kollektivinə qatılması ilə bağlı verdiyi açıqlamada, ''öz həyatlarında, ya da üzvü olduqları təşkilatlarda, ölkələrində və dünyada qarşılaşdıqları problemləri işıqlandırmaq üçün həll yolları düşünən və həyata keçirən insanların özünə ilham qaynağı olduğunu'' qeyd edib.
Qeyd edək ki, ABŞ-ın eks-prezidentlərindən olan Corc Buşun qızı Jenna Buş Hager də NBC-də yayımlanan ''Today'' proqramı üçün müxbirlik edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.