Azərbaycanda ilk rəqəmsal televiziya 4 il öncə yaradılıb
15-11-2011 / 13:05
FaktXeber.com-un verdiyi məlumata görə, Xaçmaz rayonunda yerləşən və bütün şimal bölgəsinə yayımlanan RTV kanalı bu gün 4 yaşını qeyd edir. RTV 2007-ci il noyabrın 15-i yayıma başlayıb. Televiziyanı Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri izləyə bilir. Yayım keyfiyyətinə gəlincə isə, televiziya nəinki Şimal bölgəsində, ümumiyyətlə Azərbaycanda ilk rəqəmsal televiziyadır. Regionda yayım diapazonuna görə ən güclü teleötürücü də RTV-yə məxsusdur.
Fəaliyyətə başladığı ilk gündən Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. 2008-ci ildə Regional Televiziya ilin televiziyası seçilib. RTV 2010-cu ildə “Media Açarı” mükafatı region KİV-i içərisində ilk alan media orqanıdır. Bundan əlavə RTV-nin ayrı-ayrı proqramları və televiziyanın hazırladığı sənədli filmlər bir sıra müsabiqələrin qalibi olub.
Gündəlik 18 saat yayımlanan televiziyada 70 faiz proqramlar RTV-nin öz istehsalıdır. Qalan 30 faiz isə müəllif hüququ ilə ödəniş əsasında əldə edilən film və sənədli filmlərdir. Tamaşaçıların maarifləndirilməsi və məlumatlandırılması istiqamətində RTV öz istehsalı olan 25 proqram təqdim edir.
Televiziyanın icraçı direktoru Məhsim Məhsimovdur.
Bu münasibətlə FaktXeber.com olaraq bütün RTV kollektivini təbrik edirik, onlara daha da böyük uğurlara imza atmağı arzulayırıq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.