Bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri - Qədir-Xum bayramı qeyd edilir
15-11-2011 / 10:36
Bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir. Məhz bu gün, hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə.s) öz canişini təyin etmişdi.
Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xümm (əslində Ğədir əl-Xümm) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə vida həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib.
Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy etdi: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).
Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verdi. Həzrət Mühəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qıldı, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söylədi. Peyğəmbər müsəlmanlara xatırlatdı ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və öz itrətini (nəslini) ümmətə tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər.
Sonra Peyğəmbər (s) yanında durmuş Əli ibn Əbu Talibin (ə) əlini tutub yuxarı qaldırdı və buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».
Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi, ardınca belə söylədi: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!».
Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən).
Sonra Peyğəmbər (s) Əli ibn Əbu Talib (ə) üçün çadır qurdurdu, özü da başqa bir çadırda əyləşdi. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik etdilər. Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi (ə) təbrik etmiş ilk şəxs gələcək raşidi xəlifələri Əbu Bəkrlə Ömər ibn Xəttab olmuşlar.
İmam Sadiq (ə) buyurub: «O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin».
"FaktXeber.com" kollektivi bu imamət və vilayət bayram münasibəti ilə bütün müsəlmanları təbrik edir, onlara həqiqi İlahi dəyərlərə sarılmağı diləyir.
ALLAH cümlə əhli beyt aşiqlerini axiretde Əlinin(ə) hidayətindən məhrum etməsin.AMİN! bAYRAMIMIZ MÜBARƏK.ALLAHım sənə and verirəm bu gün xatirinə ölkəmizdə və dünyada İslamın bayrağın uca et.İslama qarşı kim haqsızlıq edirsə, tezliklə onları öz cəzasına çatdır.AMİN!
#FFFFFF">
Zahid Həsənov
15-11-2011, 10:36
#FFFFFF">
Salam.Mən ilk növbədə İmam Zaman(ə.c)-ı və sonra bütün müsəlmanları Qədir-Xum bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.Allah bizi dünya və axirətdə Əli(Ə)-dan ayrı salmasınşAmin!
#FFFFFF">
zaur
05-12-2011, 10:36
#FFFFFF">
Hidayət verən ancaq Allahdır. Allah Təala Qurani-Kərimdə belə buyurur:
“Allah Ona şərik qoşanları əsla bağışlamaz. Ondan başqa günahları istədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşubsa, haqq yoldan tamamilə azmışdır” (Nisa, 4/116).
Haqq olan dua ancaq Allaha edilən duadır. Onların Allahdan başqa dua etdikləri isə onların heç bir istəklərinə cavab verə bilməzlər. Elələrinin vəziyyəti ağzına su gəlsin deyə ovuclarını suya tərəf uzadan, lakin ona heç cür çata bilməyən kəsə oxşayır (Rəd, 13/14).
Dirilərlə ölülər bir deyillər. Şübhəsiz ki, Allah istədiyinə eşitdirir. Amma sən qəbirdəkilərə heç bir şey eşitdirə bilməzsən (Fatir, 35/22).
Allahı qoyub Qiyamətə qədər özünə cavab verə bilməyənlərə dua edəndən daha çox azmış kim ola bilər? Halbuki, bunlar onların dualarından xəbərsizdirlər (Əhqaf, 46/5).
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.