Xristofor Kolumb öz gündəliyində hinduların istifadə etdiyi tütünü təsvir edir, (1492-ci il)
15-11-2011 / 10:26
Bu gün — 15 noyabr: Xristofor Kolumb öz gündəliyində hinduların istifadə etdiyi tütünü təsvir edir, (1492-ci il).
Amerikalı Kinq kemp Jillet dəyişən britvalı ülgüc üçün patent alır, (1904-cü il).
Bakı Dövlət Universiteti yarardılmışdır, (1919-cu il).
Əhəmiyyətli hadisələr
- e.ə.63-cü il — Siseron Katilinanı dövlətin düşməni elan edir.
- 1415-ci il — Rus kilsəsi Kiyev və Moskva yeparxiyasına ayrılır.
- 1638 — Osmanlı ordusu Bağdadı mühasirəyə almışdır.
- 1741 — Vitus Berinq ada kəşf edir. Sonradan ada onun adı ilə adlandırılır.
- 1837 — Stenoqrafiya yaradılır.
- 1889 — Braziliya imperator II Pedru devrilir və ölkə respublika elan edilir.
- 1899 — Morning Post qəzetinin repartyoru Unston Çerçil muharibədə burlar tərəfindən əsir götürülür .
- 1917 — Rusiya çar ordusunun buraxılması haqqında fərman verilir.
- 1917 — «Rusiya xalqlarının hüquqları Deklarasiyası» elan edilir.
- 1920 — Jenevədə bir il əvvəl yaradılmış Millətlər Liqası Assambleyasının birinci iclası keçirilir.
- 1930 — SSRİ-nin «Pravda» və «İzvestiya» qəzetlərində Maksim Qorki «Düşmən təslim olmursa onu məhv edirlər» adlı məqaləsi şap olunub.
- 1942 — Ne-219 təyyarəsinin uçuşu keçirilir. Təyyarədə ilk dəfə olaraq pnevmokatapult quraşdırılır.
- 1975 — Şotlandiyanın inkişafı üzrə idarə yaradılır.
- 1983 — Şimali Kipr Türk Respublikası qurulmuşdur.
Doğumlar
- 1738 — Uilyam Gerşel, ingilis astronomu və optiki.
- 1857 — Uilyam Taft, ABŞ-ın 27-ci Prezidenti.
- 1950 — Mak Uilkins, 1976-cı il amerika olimpiya çempionu, diski ilk dəfə 70 metrdən uzağa tullaya bilib.
Ölümlər
- 1630 — İohan Kepler, alman astronomu, planetlərin hərəkəti qanununu kəşf edib.
- 1670 — Yan Komenski, çex pedaqoqu.
Bayramlar və xüsusi günlər
- Belçika — Kral günü və ya sülalə günü.
- Belçika — Belçika almandilli icma günü.
- Braziliya — Respublika günü.
- Qazaxıstan — Milli valyuta — tenqe günü.
- Fələstin — Müstəqillik günü.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.