Məşhur fotoqraf Skott Linstedin əsərləri bütün dünyada marağa səbəb olur.
Onun çəkdiyi şəkilləri daim «Hewlett Packard» və «Natural History Magazine» jurnalları dərc edir.
Skott Linstedin uğur qazanmasının əsas səbəbi isə xüssi texnikanın köməyi ilə təbii mühitdə heyvanlar hərəkətdəykən fotolarının çəkilməsidir.

«Phototrap» sistemi saniyənin mində birində baş verən hadisəni çəkməyə imkan verir. Fotoda buqələmun qidalanmaq üçün öz yapışqan dili ilə cırcıramanı tutması əks olunub. Bu hadisənin cəmi 1/20 saniyə olmasını nəzərə alaraq, dəqiq şəklə görə fotoqrafı təbrik eləmək olar.

Balıq ağzından suyu sıçradaraq həşaratı isladır ki və sonra yarpaqdan sürüşən həşəratı yeyir. Qeyd edək ki, əgər bu balıq bir həşəratı hədəfə alıbsa, onun xilas olmaq üçün şansı yoxdur, o, təqribən iki metrdən hədəfini dəqiq vurur. Əgər həşərat suyun lap yaxınlığındadırsa, balıq sadəcə tullanaraq ehtiyatsız həşəratı udur.

Qida axtaran yarasa Arizona səhrasında süni su anbarının üstündən uçur.

Mavi zığ-zığ eniş edir

Adi yaşıl qurbağa tullanarkən

Böyük boz bayquşun uçuşu. Fotonun güclü külək zamanı çəkilməsi təsvirə qeyri-adilik bəxş edib.

Cənubi Amerika kərtənkələsi suyun üzərində qaçır. Skott Linsted deyir ki, kadrı tutmaq çox çətin olub, çünki onlar bu hərəkəti ancaq düşməndən qaçarkən edirlər.

Studiya şəraitində çəkilən parabüzənin fotosu. Həşəratın uçuşunu çəkmək üçün rəsam-fotoqraf gülə xüsusi işıq şüası yönəldib.

Uğurlu balıq ovu. Bu rəsmi almaq üçün Skott Linsted 4 gün Finlandiya sahilində pusquda durub.

Arının çobanyastığı gülünə qonması.

Uçan sincab
Aysel Məmmədova