İslamdan xristianlığa keçənlərin sayı neçə nəfərdir? Ən çox dünyanın hansı ölkəsinin vətəndaşları dinlərini dəyişdirirlər?
14-11-2011 / 12:16
Türkiyənin Dini İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, son bir il ərzində islamı qəbul edən şəxslərin ¾-nü qadınlar təşkil edir. İslama gələnlərin əksəriyyəti xristian dininin nümayəndələridir.
FaktXeber.com-un verdiyi məlumata görə, məlumatda bildirilir ki, son bir il ərzində 634 nəfər dinin dəyişdirərək müsəlman olub. Bunlardan 467 nəfəri qadınlardır. Türkiyədə islamı qəbul edən şəxslər əsasən Almaniya xristianlarıdır. Dünyada ən çox islamı qəbul edən insanlar Rusiya, ABŞ, Fransa və İngiltərə vətəndaşlarıdır.
Qeyd edək ki, araşdırma zamanı məlum olub ki, son 7 il ərzində 344 nəfər islam dinindən imtina edərək başqa dinləri qəbul ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.