Albert Eynşteyn Kvant nəzəriyyəsini irəli sürmüşdür, (1908-ci il).
14-11-2011 / 10:39
Bu gün — 14 noyabr: Albert Eynşteyn Kvant nəzəriyyəsini irəli sürmüşdür, (1908-ci il).
Alman filosofu Fridrix Hegel vəfat etmişdir, (1831-ci il).
Əhəmiyyətli hadisələr
- 1914 — Fuat Uzkınay ilk türk filmi sayılan "San-Stefanodakı rus abidəsinin çöküşü"nü çəkmişdir.
- 1922 — BBC Böyük Britaniyada radio yayımına başlamışdır. Yayıma görə lisenziya isə 1923-cü il yanvarın 18-də verilmişdir.
- 1925 — Sürrealistlərin ilk sərgisi Parisdə açılmışdır.
- 1940 — Böyük Britaniyanın Koventri şəhəri hava hücumuna məruz qalmış, 100 mülki şəxs ölmüşdür.
- 1969 — Liviyada bütün xarici banklar milliləşdirilmişdir.
- 1981 — Qambiya və Seneqal birləşərək federal respublika yaratmışdır. Seneqambiya adlanan bu respublika 1989-cu ilə qədər mövcud olmuşdur.
- 2002 — 1993-də Mərkəzi Kəşfiyyat İdarəsinin iki agentini öldürmək ittihamı ilə məhkum olunan pakistanlı Aymal Xan Kasi Virciniyada zəhərli iynə ilə edam edilmişdir.
Doğumlar
- 1840 — Klod Mone - fransız impressionist rəssamı
- 1889 — Cəvahirləl Neru, Hindistanın ilk baş naziri (1947-1964-cü illər)
- 1900 — Aron Koplend (ö.1990) - amerikalı bəstəkar
- 1954 — Yanni - yunan bəstəkarı
- 1963 - Kərim Kərimli - şair, yazıçı, jurnalist
Ölümlər
- 565 — I Yustinian - Bizans imperatoru
- 1716 — Qotfrid Leybnits - alman filosofu
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.