ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
KANADADA TƏLƏBƏ ETİRAZLARININ 100 GÜNLÜYÜ MİTİNQLƏ QEYD OLUNUB (video) | KOLUMBİYANIN SABİQ PREZİDENTİNƏ SUİ-QƏSDİN QARŞISI ALINIB | İŞĞALÇI ERMƏNİSTAN ORDUSU ATƏŞKƏSİ POZUB | ABŞ PİLOTSUZU YENƏ PAKİSTANA HÜCUM EDİB | BAKIDA İKİ QARDAŞI BIÇAQLAYAN ŞƏXS HƏBS OLUNDU | BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ | HİCAB MƏHBUSU AZADLIĞA BURAXILDI | RUSİYANIN DAHA BİR BÖLGƏSİNDƏ İÇKİ SATIŞINA MƏHDUDİYYƏT QOYULDU | PROKURORLUQ VƏ NAZİRLİK İTKİN DÜŞƏN UŞAQLA BAĞLI MƏLUMAT YAYDI | 3 AYLAR DAXİL OLDU |

Foto Xəbər
FANTASTİK FİLMLƏRİN KADRAXASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ
n HİCAB MƏHBUSU AZADLIĞA BURAXILDI
n ARDNŞ SULUTƏPƏ OLAYLARINA AYDINLIQ GƏTİRDİ
n PROKURORLUQ VƏ NAZİRLİK İTKİN DÜŞƏN UŞAQLA BAĞLI MƏLUMAT YAYDI
n İRANDAN QAYIDAN LİVANLI ZƏVVARLAR SURİYADA ÜSYANÇILAR TƏRƏFİNDƏN GİROV GÖTÜRÜLÜB
n BU GÜN BAKIDA HAVA NECƏ OLACAQ?
n HÜQUQ MÜDAFİƏÇİSİ HƏMKARINI İTTİHAM ETDİ
n AXCP TƏŞƏKKÜR ETDİ
n BAKIDA İKİ QARDAŞI BIÇAQLAYAN ŞƏXS HƏBS OLUNDU

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
MƏDƏNİN BƏLASI
 
 
Xora xəstəliyi - qastroduodenal sahənin xroniki residiv verən, mədədə və onikibarmaq bağırsaqda xora əmələ gətirən xəstəliyidir. Xora xəstəliyi ən çox yazda və payızda təsadüf edilir. Xəstəliyin əmələ gəlməsilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Bir qrup alimlər səbəb kimi pəhrizin pozulmasını digərləri stress amilini əsas hesab edirlər. Oxucularımızda məntiqi sual meydana gələ bilər: "Bəs, kimdir günahkar?" Günahkar isə tək deyil.


12-11-2011 / 13:36


Helicobacter pylori (Hp)


Xora xəstəliyinin əmələ gəlməsində əsas rolu Helicobacter pylori (Hp) oynayır. Helicobacter pylori (Hp) infeksiyası ən çox yayılmış infeksiyalardan biridir. Bu mikroorqanizm (bakteriya) mədə və onikibarmaq bağırsağın xorasının etiologiyasında «aparıcı» amildir. Həmin infeksiyanın onikibarmaq bağırsaq xorasının əmələ gəlməsində rolu 100%, mədə xorasının yaranmasında isə 80-90% təşkil edir.

Psixoemosional stresslər


Bir sıra patofizioloqlar xora xəstəliyinin əmələ gəlməsində kəskin və xroniki psixoemosional stresslərə böyük önəm verirlər. Helikobakterilərin aşkar olunması mütəxəssislərin bu amilə daha az əhəmiyyət verməsinə, bəzilərinin isə xəstəliyin etiologiyasında onu tamamilə inkar etməsinə səbəb oldu. Lakin klinik təcrübə əsəb gərginliyinin xəstəliyin əmələ gəlməsində və ağırlaşmasında aparıcı rol oynadığını göstərmişdir.

Alimentar (qidalanma) amil


Alimentar amilin xəstəliyin əmələ gəlməsində rolu tam təsdiq olunmayıb. Lakin ehtimal olunur ki, qıcıqlandırıcı, çox kəskin, ədviyyatlı, kobud, çox isti və ya çox soyuq qidalar mədə şirəsinin, həmçinin xlorid turşusunun ifrazını artırır. Bu isə xora əmələ gətirən digər etioloji amillərin güclənməsinə təkan verir.

Siqaret çəkmə və alkoqol qəbulu


Müəyyən olunmuşdur ki, xora xəstəliyi siqaret çəkən insanlarda çəkməyənlərə nisbətən iki dəfə çox təsadüf edir. Alkoqol, həmçinin, xlorid turşusunun ifrazını stimullaşdırır, mədədə selik ifrazının əmələ gəlməsi prosesini pozur, mədənin selikli qişasının həssaslığını azaldır və xroniki qastritin yaranmasına səbəb olur. Çoxlu kofe qəbulu da xlorid turşusunun ifrazını stimullaşdırır və mədənin selikli qişasının işemiyasına səbəb olur.
Siqaretçəkmə, alkoqol və kofenin ifrat qəbulu xora xəstəliyinin əmələ gəlməsində aparıcı rol oynamasa da, şübhəsiz ki, onun inkişafını sürətləndirir və xəstəliyin kəskinləşməsinə meylliyi artırır.

Dərman preparatları


Bir sıra dərman preparatlarının xora xəstəliyinin əmələ gəlməsinə səbəb olduğu sübut edilmişdir. Bunların arasında asetilsalisil turşusu və başqa qeyri-steroid iltihab əleyhinə vasitələr, rezerpin, qlükokortikoidləri göstərmək olar.

Xəstəliklər


Xroniki obstruktiv bronxit, bronxial astma, ağciyər emfizeması, qaraciyər sirrozu, mədəaltı vəzin xəstəlikləri xora xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər. Xora xəstəliyi mədə şirəsinin aqressivliyi (ifrazının artması) ilə mədə və onikibarmaq bağırsağın selikli qişasının müdafiə amilləri arasında tarazlığın aqressivlik hesabına artması nəticəsində baş verir. Aqressivliyi yaradan amillərə helikobakter infeksiyası, xlorid turşusunun ifrazının artması, selikli qişanı zədələyən alimentar amillər (qidanın kimyəvi, termiki, mexaniki xüsusiyyətləri), mədə və onikibarmaq bağırsağın motor funksiyasının pozulması və s. aiddir.

Klinika


Xəstəliyin klinikasının xoranın lokalizasiyasından, xəstənin yaşından, yanaşı gedən xəstəliklərdən və fəsadlardan asılı olaraq müəyyən xüsusiyyətləri var. Lakin istənilən halda xora xəstəliyinin əsas təzahürləri ağrı və dispersiya sindromlarıdır.
Ağrı. Xora xəstəliyi zamanı ağrı əsas simptomdur və bir sıra xüsusiyyətlərə malikdir. Ağrı, əsasən, epiqastral (mədə) nahiyədə olur: mədə xorasında mərkəzdə və ya mərkəz xəttindən bir qədər solda, onikibarmaq bağırsaq xorası zamanı isə mərkəz xətdən bir qədər sağda olur. Mədə xorasında ağrılar, əsasən, döş sümüyü arxasında və ya ondan solda olduğu üçün bu ağrılar stenokardiya və ya miokard infarktı zamanı baş verən ağrılara bənzəyir. Ağrıların mənşəyini dəqiqləşdirmək üçün xəstənin elektrokardioqrafik müayinəsini aparmaq vacibdir.
Qidanın qəbulu ilə əlaqədar ağrılar erkən, gecikmiş, gecə ağrıları və acqarına baş verən ağrılara ayrılır. Erkən ağrılar qida qəbulundan 0,5- l saat sonra başlanır, xəstəni 1,5-2 saata qədər narahat edir və qida mədədən onikibarmaq bağırsağa ötürüldükdən sonra tədricən keçir. Erkən ağrılar xora mədənin yuxarı şöbələrində lokalizasiya olduğu hallar üçün səciyyəvidir.
Gecikmiş ağrılar qida qəbulundan 1,5-2 saat sonra baş verir. Gecə ağrıları - gecələr, acqarına baş verən ağrılar isə qida qəbulundan 6-7 saat sonra başlayır və xəstə yemək yedikdən və ya süd içdikdən sonra keçir. Gecikmiş, gecə və acqarına baş verən ağrılar xora mədənin çıxacağında və ya onikibarmaq bağırsaqda lokalizasiya olduğu hallar üçün səciyyəvidir. Onu da qeyd etmək lazımdır ki, acqarına baş verən ağrılara heç bir digər xəstəlikdə təsadüf olunmur. Xəstələrin əksəriyyətində küt ağrılar olur. Ağrılar sızıldayan, kəsici, tutmaşəkilli ola bilər.
Qıcqırma, gəyirmə, ürəkbulanma, qusma. Mədənin turş möhtəviyyatının qida borusunun aşağı hissəsini qıcıqlandırması hesabına qıcqırma əmələ gəlir. Qıcqırma yeməkdən sonra ağrı ilə eyni vaxtda yaranır, bəzən isə xora xəstəliyinin yeganə simptomu olur. Ürəkbulanma və qusma xora xəstəliyinin kəskinləşməsi dövründə baş verir. Qusma ağrıların «zirvəsində» baş verir, qusmadan sonra xəstənin vəziyyəti yaxşılaşır, ağrılar azalır, hətta keçə bilir; buna görə də bəzi xəstələr özləri qusma refleksi törədirlər.
Xora xəstəliyində pasiyentlərin iştahası, əsasən, yaxşı olur, lakin yeməkdən sonra baş verəcək ağrıların qorxusu onları yeməkdən imtina etməyə vadar edir. İştahanın pozulmasına nadir hallarda təsadüf edilir. Xəstələrin yarısında, xüsusən kəskinləşmə dövründə qəbizlik qeyd olunur.

Müayinələr


Diaqnozun düzgün qoyulması və adekvat müalicənin təyin edilməsi üçün, ilk növbədə, mədənin sekretor funksiyası zondla tədqiq olunmalıdır. Xoranın müxtəlif lokalizasiyalarında mədə sekresiyası fərqli ola bilər: artmış, normal və azalmış. Laborator müayinələr arasında nəcisdə gizli qan olmasının müəyyən edilməsi də böyük əhəmiyyət kəsb edir. Qanaxmanın müəyyən edilməsi xora xəstəliyinin kəskinləşməsini dolayısı ilə təsdiq edən əlamətdir.
Endoskopik və rentgen müayinəsinin aparılması da vacibdir. Endoskopik müayinə vasitəsilə xoranın lokalizasiyasını, ölçülərini, formasını, rəngini, çapıqlaşmanın əlamətlərini və sairəni müəyyən etmək olur. Rentgenoloji müayinə «taxça» simptomunu - xora «kraterini» doldurmuş kontrast maddənin kölgəsini müəyyən edir ki, bu da xora xəstəliyini birbaşa təsdiq edən əlamətdir.

Müalicə


Xora xəstəliyinin müalicəsi kompleks şəkildə aparılmalıdır. Kompleks müalicə Helicobacter pylori (Hp) ilə mübarizəyə yönəlmişdir. Bu məqsədlə bakteriya əleyhinə preparatlar və xlorid turşusu sekresiyasının inhibitorları tətbiq olunur. Xlorid turşusu sekresiyasının inhibitorları antibakterial preparatların təsir etməsi üçün mədənin pH-nın normal səviyyəsini təmin edir, həmçinin xoranın çapıqlaşması prosesinə xlorid turşusunun aqressiv təsirini azaldır. Üçkomponentli müalicə kursuna «proton nasosu» blokatoru (omeprazol, pantoprozol, lansoprazol), yaxud histamin H2-inhibitoru (ranitidin, famotidin) və ya vismut preparatı və iki antibakterial preparat daxildir. Dördkomponentli müalicə kursu antisekretor preparat, vismut preparatı və iki antibakterial preparatın təyin olunmasını nəzərdə tutur.
Xoranın perforasiyası, profuz mədə-bağırsaq qanaxması və stenoz cərrahi müalicəyə tam göstəriş hesab olunur.
Qoruyucu pəhrizlər xəstəliyin kəskinləşməsi simptomları özünü büruzə verdikdə 2-3 gün müddətinə təyin olunmalı və sonradan xəstələr 1 N-li pəhrizə keçirilməlidir. Bu pəhriz selikli qişanın bərpa proseslərini sürətləndirir, qəbizliyin qarşısını alır, iştahanı bərpa edir və xəstənin ümumi vəziyyətinə müsbət təsir göstərir. Qidalar suda bişirilir, sürtkəcdən keçirilmir. Xəstəliyin remissiya (sağalma) dövründə böyük məhdudiyyətlər qoyulmur, lakin qidanın tez-tez qəbul edilməsi tövsiyə olunur.

Proqnoz


Ağırlaşmamış xora xəstəliyinin proqnozu yaxşıdır. Erkən diaqnostika və vaxtında başlanmış müalicə ağırlaşmaların qarşısını alır, həmçinin xəstələrin əmək qabiliyyəti qorunub saxlanmış olur. Xora xəstəliyinin uzun sürən, tez-tez təkrarlanan, ağırlaşmış formalarında, xüsusən bədxassəli proseslərə çevrildiyi zaman proqnoz ağırlaşır.

XORA XƏSTƏLİYİNİN FƏSADLARI


Xora xəstəliyinin fəsadlarını iki qrupa bölmək olar:

1. Prosesin inkişaf etməsi, xoranın dərinləşməsi və onun transformasiyası ilə bağlı olan fəsadlar. Bunlara qanaxma, perforasiya (mədənin və ya onikibarmaq bağırsağın divarının deşilməsi), penetrasiya (mədənin və ya onikibarmaq bağırsağın deşilmiş di varının qonşu orqan və toxumalara keçməsi), deformasiya və stenoz, habelə xoranın xərçəngə çevrilməsi aiddir. Qeyd olunan fəsadlar daha təhlükəli hesab olunur və xəstəliyin gedişinə, eləcə də müalicə taktikasına əhəmiyyətli dərəcədə təsir edir.

2. Xəstəlik zamanı mədə və onikibarmaq bağırsaqda gedən patoloji proseslərə orqan və sistemlərin verdiyi reaksiya ilə əlaqədar törənən fəsadlar. Vegeto-damar distoniyası, qəbizlik, qaraciyər və öd kisəsinin, habelə mədəaltı vəzin zədələnmələri ilə müşayiət olunan bağırsağın spastik diskeniziyası bu qəbildən olan ağırlaşmalara aiddir,

Nazim Məmmədov / Konsilium


 

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

21/05/2012 - 14:38 RUSİYADA DONUZ VƏBASI HƏYACANI!

n

17/05/2012 - 12:37 SƏHİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ OLUB

n

17/05/2012 - 10:56 88 SAHİBKAR CƏZALANDIRILIB

n

16/05/2012 - 13:54 DUZLA BAĞLI HANSI TÖVSİYƏLƏRƏ ƏMƏL EDƏK: İSTİFADƏ EDƏK, YOXSA...

n

11/05/2012 - 14:35 RUSİYADA SİQARET QUTULARININ ÜZƏRİ BELƏ BƏZƏNƏCƏK

n

11/05/2012 - 09:57 ABŞ-da HİV ƏLEYHİNƏ İLK PREPARATIN BURAXILIŞI MÜZAKİRƏ OLUNUR

n

05/05/2012 - 13:08 AZ YAĞLI SÜD İNSULTDAN QORUYUR

n

27/04/2012 - 18:32 O, GƏLİR!

n

26/04/2012 - 16:23 ÖZÜNÜN 20, BƏDƏNİNİN 160 YAŞI VAR

n

26/04/2012 - 13:05 MƏDƏNİZİN DÜŞMƏNİNİ TANIYIRSINIZ?

n

26/04/2012 - 12:46 OPTİMİST OL, ÜRƏYİNİ QORU!

n

25/04/2012 - 11:07 MALYARİYA İLƏ MÜBARİZƏ MİLYONLARLA İNSANIN HƏYATINI QURTARIB

n

23/04/2012 - 16:41 6 APTEKİN FƏALİYYƏTİ DAYANDIRILDI

n

23/04/2012 - 15:46 MƏDƏMİZİN ƏSAS 6 DÜŞMƏNİ

n

23/04/2012 - 12:31 ÖZÜNÜZÜ QİÇS-dən QORUYUN!

n

20/04/2012 - 09:53 SUMQAYIT ŞƏHƏR 1 SAYLI XƏSTƏXANASINA 5 MİLYON MANAT AYRILDI

n

19/04/2012 - 17:48 GÖY RƏNGLİ ADAM

n

17/04/2012 - 16:29 STANSİYA SUMQAYIT VƏ TUK ZAVODU ƏRAZİLƏRİNDƏ TİBB MƏNTƏQƏSİ AÇILIB

n

17/04/2012 - 16:04 HEMOFİLİYA BARƏDƏ NƏ BİLİRİK? BƏS BİLMƏDİYİMİZ NƏDİR?

n

13/04/2012 - 14:40 ƏLİL DOĞULA UŞAQLARIN SAYI NİYƏ ARTIB?

n

12/04/2012 - 17:15 DÜNYADAN ƏL ÇƏKƏ BİLMƏYƏNLƏR

n

12/04/2012 - 15:33 ANA BƏTNİNDƏKİ KÖRPƏNİ ƏMƏLİYYAT ETDİLƏR

n

12/04/2012 - 10:00 HEYVANLARA İSTİFADƏ OLUNAN ANTİBİOTİKLƏR İNSANLARIN MÜALİCƏSİNİ ÇƏTİNLƏŞDİRİR

n

11/04/2012 - 16:50 HƏKİMLƏRİN DƏHŞƏTLİ SƏHVİ: SAĞLAM KÖRPƏ 12 SAAT MORQDA QALIB

n

09/04/2012 - 17:07 ƏLİLLƏRƏ ÜMİD VERƏN İXTİRA

n

09/04/2012 - 13:35 İÇLİK VƏRƏQƏSİ AZƏRBAYCAN DİLİNDƏ OLMAYAN DƏRMANLARIN İDXALI DAYANDIRILACAQ

n

07/04/2012 - 15:31 STRESSİ MƏĞLUB ETMƏK ÜÇÜN TANKMI ALAQ?

n

06/04/2012 - 15:48 NAZİRLİK BƏZİ DƏRMANLARIN SATIŞINA QADAĞA QOYACAQ

n

06/04/2012 - 13:43 MƏRKƏZİ TÜRKİYƏDƏN BAŞLAYAN ÖLÜM YOLU

n

06/04/2012 - 11:30 MALYARİYA ƏLACSIZ XƏSTƏLİYƏ ÇEVRİLİR

n

04/04/2012 - 13:59 DÜNYANIN ƏN YAŞLI HƏKİMİ ÖLDÜ

n

03/04/2012 - 12:23 AVROPALI QOCALARIN İÇKİ BƏLASI

n

31/03/2012 - 12:24 KARDİOCƏRRAHİYYƏ XİDMƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İŞİ DAVAM ETDİRİLİR

n

29/03/2012 - 18:03 TÜRKİYƏDƏ YENİ ÜZ NƏQLİ VƏ YENİ HƏYAT

n

28/03/2012 - 13:56 ÜZ KÖÇÜRÜLMƏSİ ÜZRƏ ƏN GENİŞMİQYASLI ƏMƏLİYYAT UĞURLA HƏYATA KEÇİRİLİB

n

26/03/2012 - 16:28 "GECƏQUŞLARI"NIN NƏZƏRİNƏ!

n

26/03/2012 - 13:09 ENERJİ İÇKİLƏRİNDƏKİ TƏHLÜKƏ

n

19/03/2012 - 14:58 GENETİK MUTASİYA KÖKƏLMƏ YARADIR

n

14/03/2012 - 13:04 ANA BƏTNİNDƏ ƏMƏLİYYAT OLUNDU

n

13/03/2012 - 13:56 "QUŞ QRİPİ" İLƏ BAĞLI MONİTORİNQ BAŞA ÇATIB

n

13/03/2012 - 11:32 TOPÇUBAŞOV ADINA XƏSTƏXANADA BİR HƏFTƏDƏ ÜÇ XƏSTƏ ƏMƏLİYYAT STOLUNDA ÖLÜB

n

09/03/2012 - 13:32 COCA-COLA XƏRÇƏNG XƏSTƏLİYİ YARADIRMIŞ!

n

09/03/2012 - 10:30 ALKOQOLİZMİN DƏRMANI NARKOTİK İMİŞ

n

07/03/2012 - 16:17 "ÖLƏN" QADIN DƏFN GÜNÜ MORQDA AYILDI

n

07/03/2012 - 11:08 KÜTLƏVİ YERLƏRDƏ SİQARET YASAĞININ NƏTİCƏLƏRİ AÇIQLANIB

n

06/03/2012 - 18:01 AFRİKADA VİRUS ƏMƏLİYYATI

n

29/02/2012 - 14:45 İYNƏLƏR NİYƏ BİR DƏFƏLİKDİR (şəkil)

n

24/02/2012 - 17:50 DEPRESİYA YARADAN ƏRZAQLAR

n

24/02/2012 - 11:45 "QUŞ QRİPİ" TƏHLÜKƏSİ ŞİŞİRDİLİBMİŞ

n

23/02/2012 - 13:04 5 YAŞLI OĞLANIN CİNSİNİ DƏYİŞDİRDİLƏR (foto)

n

17/02/2012 - 16:04 BEYNİMİZ "İDMANLA" MƏŞĞUL OLMAYANDA TEZ QOCALIR

n

17/02/2012 - 11:31 DƏRMANLAR ÜÇÜN MİKROÇİP YARADILIB

n

15/02/2012 - 12:48 UŞAQ XƏRÇƏNGİNƏ QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ

n

14/02/2012 - 12:27 BU ÖLKƏ SİQARETİ QADAĞAN EDƏN İLK ƏRƏB DÖVLƏTİDİR

n

13/02/2012 - 17:17 QRİPƏ YOLUXAN QADIN LƏHCƏSİNİ DƏYİŞDİ

n

06/02/2012 - 15:13 AZƏRBAYCAN BU DƏRMANLAR PULSUZDUR - SİYAHI

n

06/02/2012 - 11:39 KRUİZ LAYNERLƏRİNDƏ İNFEKSİYA AŞKAR OLUNUB

n

04/02/2012 - 15:29 DÜNYA TİBB TARİXİNDƏ BİR İLK: BALACA ALLANANIN BİRDƏN-BİRƏ 6 ORQANINI DƏYİŞDİLƏR (video)

n

04/02/2012 - 13:42 MEKSİKADA DONUZ QRİPİNDƏN 58 NƏFƏR DÜNYASINI DƏYİŞİB

n

03/02/2012 - 16:40 İSPANİYADA İKİ TURİST "LEGİONLAR XƏSTƏLİYİ"NDƏN VƏFAT EDİB

n

03/02/2012 - 14:18 MALYARİYA XƏSTƏLİYİNDƏN ÖLƏNLƏRİN SAYI HESAB OLUNDUĞUNDAN 2 DƏFƏ ARTIQ İMİŞ

n

01/02/2012 - 14:05 MEKSİKADA 29 NƏFƏR "DONUZ QRİPİ"ndən ÖLÜB

n

24/01/2012 - 16:19 KÖRPƏ GENOSİDİNƏ DAİR "AYIB SÖHBƏT"

n

21/01/2012 - 13:44 BOLİVİYA SAKİNİ 16 İL BƏDƏNİNDƏ TİBBİ QAYÇI GƏZDİRİB

n

21/01/2012 - 12:23 PNEVMATİK MİSMAR SİLAHINDAN TƏSADÜFƏN BAŞINA ATƏŞ AÇIR

n

19/01/2012 - 15:15 DƏRMANLARI NƏ ÜÇÜN MİNERAL SU İLƏ QƏBUL ETMƏK OLMAZ?

n

13/01/2012 - 18:20 ZƏRDABDA AZYAŞLI KÖRPƏ DƏRMANDAN ZƏHƏRLƏNƏRƏK VƏFAT EDİB

n

13/01/2012 - 13:19 EMAL OLUNMUŞ ƏT XƏRÇƏNG XƏSTƏLİYİ YARADIR

n

12/01/2012 - 17:46 İNTERNET BEYNƏ NARKOTİK QƏDƏR DAĞIDICI TƏSİR GÖSTƏRİR

n

12/01/2012 - 12:45 PİŞİK UŞAQ!

n

12/01/2012 - 11:09 KÖRPƏ HEPATİTƏ QARŞI VURULAN PEYVƏNDDƏN SONRA VƏFAT ETDİ

n

11/01/2012 - 15:11 İNSANI ALKOQOLİZMDƏN XİLAS ETMƏ YOLU TAPILIB!

n

09/01/2012 - 17:56 ONKOLOJİ XƏSTƏLƏRƏ VERİLƏN PULSUZ DƏRMANLAR - SİYAHI

n

09/01/2012 - 13:16 UŞAĞIN BƏDƏNİNƏ BATAREYA YERLƏŞDİRƏRƏK ONU AYAĞA QALDIRDILAR

n

09/01/2012 - 11:43 DÜNYANIN ƏN ÇİRKLİ ŞƏHƏRİ

n

06/01/2012 - 15:52 HEPATİT C-yə QARŞI İLK İŞLƏYƏN VAKSİN ƏLDƏ OLUNUB

n

06/01/2012 - 12:38 MİSİRLİ ALİMLƏR XƏRÇƏNGİ QIZILLA MÜALİCƏ ETDİLƏR

n

06/01/2012 - 11:23 YADDAŞ POZĞUNLUĞU 45 YAŞDAN BAŞLAYIR

n

04/01/2012 - 11:24 ÇEÇENİSTANDA "CİN XƏSTƏXANASI" AÇILIB - (Foto)

n

29/12/2011 - 13:35 KOMPYUTER VƏ İŞIQDAN DÜZGÜN İSTİFADƏ EDİN Kİ...

n

27/12/2011 - 16:25 QƏLYAN BARƏDƏ HƏYƏCAN TƏBİLİ ÇALINDI

n

22/12/2011 - 12:33 AZ YEMƏK BEYNİ GƏNC SAXLAYIR

n

22/12/2011 - 11:27 ALİMLƏR ABŞ HÖKUMƏTİNİN XAHİŞİNİ QƏBUL ETMƏDİLƏR

n

16/12/2011 - 17:59 127 YAŞI VAR, HƏKİMƏ İLK DƏFƏDİR GEDİR

n

16/12/2011 - 17:48 OVUC BOYDA QIZCIĞAZ

n

16/12/2011 - 17:30 100 HƏKİMİN İŞTİRAK ETDİYİ 18 SAATLIQ ƏMƏLİYYAT

n

16/12/2011 - 15:26 KÖRPƏLİKDƏN QALAN İKİ BÖYÜK XÜSUSİYYƏT

n

15/12/2011 - 11:11 BU ÖLKƏDƏ QADINLARIN 20 FAİZİ ZORLANMADAN ŞİKAYƏTÇİDİR

n

15/12/2011 - 10:25 XƏRÇƏNGİN ƏLAC TAPILDIMI?

n

11/12/2011 - 13:42 AZƏRBAYCANDA İLK TİBB KANALI FƏALİYYƏTƏ BAŞLAYIB

n

10/12/2011 - 13:26 AUTİZM XƏSTƏLİYİ NECƏ AŞKARLANIR?

n

08/12/2011 - 17:27 XƏRÇƏNG XƏSTƏLİYİNİ YARADAN ƏSAS AMİLLƏR

n

02/12/2011 - 15:50 AZƏRBAYCANIN HEPATİT BƏLASI!

n

02/12/2011 - 10:37 AZƏRBAYCANDA HİV XƏSTƏLƏRİ ÇOXALIR

n

01/12/2011 - 14:55 GƏNCLƏR AİDS-Ə QARŞI BİRLƏŞİR

n

22/11/2011 - 11:30 PAYIZIN DƏRMANI

n

21/11/2011 - 18:32 SON 14 İLDƏ ƏN AŞAĞI GÖSTƏRİCİ

n

18/11/2011 - 14:52 UŞAQLARDA SÜD YARASININ ƏLAMƏTLƏRİ VƏ MÜALİCƏSİ

n

15/11/2011 - 18:06 QİÇS-dən ÖLƏNLƏRİN SAYINDA ARTIM VAR

n

14/11/2011 - 10:45 BU GÜN DİABETLƏ BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜDÜR


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
HƏSƏN KƏRİMOV
"Yaxşı olardı ki, azərbaycanlı millət vəkillərinin Ermənistana səfərindən danışsınlar. Başda prezident olmaqla, ölkənin digər rəsmiləri ermənilərlə daha çox əlaqə yaradırlar"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.