Rusiyada aparılan bir araşdırma nəticəsində bəlli olub ki, ən çox yer adının keçmiş Sovet respublikalarında olduğu kimi 1917-ci il Bolşevik İnqilabının lideri və SSRİ-nin banisi Vladimir Leninə aiddir.
FaktXeber.com-un Rusiya mediasına istinadən verdiyi məlumata görə, Rusiya Federal İnformasiya Ünvan Sistemi FİAS adlı təşkilatın apardığı araşdırmalarda, Leninin adını daşıyan 8 min 637 məkanda hələ də saxlanıldığı ortaya çıxıb. Bunlardan 7 min 674-ü küçə, digəriləri isə prospekt, ara küçələr, meydan və bulvar adlarıdır.
Siyahıda ikincisi sırada isə 12 aprel 1961-ci ildə kosmosa ilk səfər edən Sovet kosmonavtı Yuri Qaqarinin adı gəlir. FİAS-ə görə, Rusiyada Qaqarinin adını daşıyan 5 min 218 küçə var. Siyahı isə bu cür davam edir: İlk bolşevik liderlərindən Sergey Kirov (3 min 474), XIX əsrdə yaşamış məşhur şair Aleksandr Puşkin (3 min 88), köhnə Sovet Parlament rəhbəri Mixail Kalinin (2 min 678) və 1918-20 illərdəki vətəndaş müharibəsi qəhrəmanlarından olan Vasili Çapayev (2 min 598).
Keçmiş Sovet lideri İosif Stalinin adını 35 küçə və iki prospektin daşıdığı bildirilir. Bunların ən çoxunun Rusiyanın nəzarətində olan Şimali Osetiyada (20) olduğu ortaya çıxıb. Bəzi rus tarixçiləri Stalinin atasının osetin olduğunu iddia edirlər. Araşdırmaya görə, Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyan yalnız bir küçə varmış. 2008-ci ildə Yeltsinin adı doğulduğu Sverdlovski bölgəsindəki Butka kəndindəki küçəyə verilmişdi.
Yer adları arasındakı liderlik isə Sentralnaya (Mərkəz) adına (23 min 201) aiddir. Sıralamada Molodyojnaya (Gənclik, 16 min 736), Şkolnaya (Məktəb, 15 min 244), Lesnaya (Meşə, 14 min 405), Sadovaya (Bağça, 12 min 843), Sovetskaya (Sovet, 12 min 840), Novaya (Yeni, 12 min 670) və Naberejnaya da (Sahil, 10 min 654) ən çox istifadə edilən adlar arasındadır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.