Bu barədə kino şirkətinin baş direktoru Süleyman Fərzəliyev açıqlama verib
11-11-2011 / 15:37
“Kainatfilm” Kino Şirkətinin təsisçisi və baş direktoru Süleyman Fərzəliyevin FaktXeber.com-a verdiyi məlumata görə, hazırda onlar bir neçə film, o cümlədən İran istehsalı olan 26 seriyadan ibarət “Rəngli karandaşlar” cizgi filmi üzərində işləyirlər. Fərzəliyev bildirdi ki, cizgi filminin dublyajı üçün bəzi səslərə ehtiyac yarandığını və bunun üçün də bir müddət əvvələ kimi APA aganetliyində birgə işlədiyi Ülkər Qasımovanın səsinin həmin cizgi filminə uyğun gəldiyini düşünüb: "Və elə ilk sınaqdan düşüncəmdə yanılmadığımı gördüm. O müxtəlif səslərin tələffüzünü çox gözəl həyata keçirdi. Artıq səsyazma işlərinə başlamışıq. Hətta qərara gəlmişik ki, Ülkərlə işbirliyimizi davam etdirək. Onun bu bacarığından çoxseriyalı filmlərin səsləndirilməsində də istifadə edəcəyik”.
"Kainatfilm" rəhbəri cizgi filminin vətənpərvərliyi, sevgini aşılayan maarifləndirici mövzudan bəhs etdiyini söylədi. Məhsulun təxminən 10 günə hazır oalacağını bildirən Fərzəliyev, qarşıdakı 1 ay ərzində də baş bir cizgi filmin - “Nənənin evi”nin dublyajını tamamlayacaqlarını vurğuladı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.