Bələdiyyələr ayıları bəsləmək üçün səfərbər olublar
11-11-2011 / 12:51
Faktxeber.com-un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Rusiyanın uzaq şərqindəki Saxalin adasında ac ayıların yemək tapmaq üçün yollara çıxdığı, kənd, qəsəbə və hətta şəhərə endiyi bildirilir. Ac ayıların yol kəsib sürücülərdən yemək almağa başlamasından sonra bölgə rəhbərliyi hərəkətə keçib. Minlərlə ton balıq alan bələdiyyələr ac ayıları bəsləməyə başlayıblar.
Ayıların Saxalin adasındakı yollara çıxaraq maşınların üzərinə hərəkət etməsi və sürücülərin heyvanlara yeməklər atması da videolentə alınıb. Ac ayıların yollarda yemək axtarışını rus mətbuatı, "Ayılar Saxalin bölgəsindəki yollardan keçən sürücülərdən yemək dilənir" başlı ilə təqdim ediblər. Bəzi vətəndaşlar ayılara çörək, bəziləri isə konserv verirlər.
Mətbuatda dərc olunan xəbərlərə görə, Saxalinin kənd, qəsəbə və şəhərlərində ayılara rast gəlmək artıq vərdiş halını alıb. İlin əvvəlindən bu yana Saxalin adasındakı yaşayış məskənlərində ümumilikdə 25 ayının öldürüldüyü bildirilir. Rusiyalı səlahiyyətlilər isə qış aylarının əvvəlində ayıların yem tapmaq üçün "fəal axtarışda" olduğu barəsində xəbərdarlıq ediblər.
Ayıların ən çox göründüyü Nevelskidə isə yerli məmurlar əlavə tədbirlər görmək məcburiyyətində qalıblar. Nevelski Bələdiyyə rəhbərliyi ayıların qidalanması üçün on min ton balıq alaraq yaxın meşələrə atıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.