Prezidentin imzaladığı sərəncam 2012-ci il yanvarın 1-dən qüvvəyə minir
11-11-2011 / 10:35
FaktXeber.com xəbər verir ki, İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin işçilərinin əməkhaqları barədə sərəncam imzalayıb. əhiyyə Nazirliyinin tabeliyində olan, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Sərəncam 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.