ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
KOLUMBİYANIN SABİQ PREZİDENTİNƏ SUİ-QƏSDİN QARŞISI ALINIB | İŞĞALÇI ERMƏNİSTAN ORDUSU ATƏŞKƏSİ POZUB | ABŞ PİLOTSUZU YENƏ PAKİSTANA HÜCUM EDİB | BAKIDA İKİ QARDAŞI BIÇAQLAYAN ŞƏXS HƏBS OLUNDU | BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ | HİCAB MƏHBUSU AZADLIĞA BURAXILDI | RUSİYANIN DAHA BİR BÖLGƏSİNDƏ İÇKİ SATIŞINA MƏHDUDİYYƏT QOYULDU | PROKURORLUQ VƏ NAZİRLİK İTKİN DÜŞƏN UŞAQLA BAĞLI MƏLUMAT YAYDI | 3 AYLAR DAXİL OLDU | BU GÜN İMAM MƏHƏMMƏD BAQİR (Ə)-IN DOĞUM GÜNÜDÜR |

Foto Xəbər
FANTASTİK FİLMLƏRİN KADRAXASI
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

n BU GÜN DƏRC OLUNAN AZƏRBAYCAN QƏZETLƏRİNDƏ
n HİCAB MƏHBUSU AZADLIĞA BURAXILDI
n ARDNŞ SULUTƏPƏ OLAYLARINA AYDINLIQ GƏTİRDİ
n PROKURORLUQ VƏ NAZİRLİK İTKİN DÜŞƏN UŞAQLA BAĞLI MƏLUMAT YAYDI
n BU GÜN BAKIDA HAVA NECƏ OLACAQ?
n HÜQUQ MÜDAFİƏÇİSİ HƏMKARINI İTTİHAM ETDİ
n İRANDAN QAYIDAN LİVANLI ZƏVVARLAR SURİYADA ÜSYANÇILAR TƏRƏFİNDƏN GİROV GÖTÜRÜLÜB
n AXCP TƏŞƏKKÜR ETDİ
n QƏZZAFİ REJİMİNİN SON NAZİRİ LİVİYAYA EKSTRADİSİYA OLUNACAQ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
MÜHARİBƏSİZ SÜLH İMKANLARI
 
 
Azərbaycanın müstəqilliyinin 20 illiyi geridə qaldı. Yaxın tariximizin çox keşməkeşli olayları, müvəfəqiyyətləri, eyni zamanda uğursuzluqları olub


10-11-2011 / 13:46


Azərbaycanın müstəqilliyinin 20 illiyi geridə qaldı. Yaxın tariximizin çox keşməkeşli olayları, müvəfəqiyyətləri, eyni zamanda uğursuzluqları olub. Ancaq Azərbaycan üçün bu illərin ən başlıca problemi - Dağlıq Qarabağ münaqişəsi və işğal altındakı torpaqlar olaraq qalır. Dünyada və Azərbaycanda yekdil fikir ondan ibarətdir ki, Dağlıq Qarabağ probleminin həllinin uzanması münaqişəyə cəlb olunan ölkələrin və ümumilikdə bölgənin sabit və davamlı inkişafına ən böyük əngəldir.

Sənədlər bolluğu münaqişənin həllini sürətləndirmir


Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar dalana dirənib. Münaqişənin həlli yolunda bu vaxtadək xeyli təşəbbüs və həll planı irəli sürülüb. ATƏT-in Minsk qrupu 1990-cı illərin ortalarında “mərhələli”, “paket” və “ümumi dövlət” həll planlarını ortaya qoydu. “Mərhələli həll” planını Ermənistan, “paket” və “ümumi dövlət” həll planlarını isə Azərbaycan qəbul etməyib. Ardınca Parisdə, Ki-Uestdə (ABŞ) və Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentlərinə anlaşma mətnləri təklif edilib, ancaq bu təşəbbüslər də nəticəsiz qalıb.

İndi masa üzərində “Madrid prinsipləri” deyilən həll planı var. Doğrudur, Azərbaycan hakimiyyəti bu sənədi genişləndirilmiş və ya yeniləndirilmiş Madrid prinsipləri adlandırır, rəsmi Yerevan və eləcə də həmsədrlər isə nədənsə bu ifadələri işlətməkdən çəkinirlər. Son prinsiplərin ümumi mahiyyəti bəllidir: işğal altındakı 5 rayon (Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl) və Laçının 13 kəndi azad edilir, qaçqınlar geri qayıdır, bütün kommunikasiya xətləri açılır, Dağlıq Qarabağ üçün aralıq status müəyyənləşdirilir, bölgədə tərkibi hələ bəlli olmayan sülhməramlı qüvvələr yerləşdirilir, Laçın və Kəlbəcərin boşaldılması tarixi dəqiqləşdirilir və gələcəkdə Dağlıq Qarabağın yekun statusu ilə bağlı referendum keçirilir.

Azərbaycan diplomatiyasının danışıqları ATƏT-lə yanaşı BMT və AŞPA müstəvisinə keçirmək təşəbbüsləri də özünü göstərir. Doğrudur, BMT, AŞPA, hətta Avropa Birliyi Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün vacibliyi vurğulanır, ancaq təəssüf ki, bu sənədlər bolluğu münaqişənin həllini sürətləndirmək iqtidarında deyil.

Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllinə Avropa Birliyinin marağı artıb. Azərbaycan və Ermənistan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının üzvüdürlər. Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirmək məqsədilə iki tərəfdaşı - Azərbaycan və Ermənistanla danışıqları sürətləndirmək imkanları var. Avropa Birliyinin həyata keçirməyə çalışdığı “Nabukko” və “Transxəzər” qaz kəmərləri layihələri Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün Brüsselə əlavə stimul verə bilər.

Həll modellərinin müzakirəsindən başlanan yol

İndi “Münaqişənin həllində vətəndaş cəmiyyətinin üzərinə hansı vəzifələr düşür” sualı xeyli aktual səslənir. Azərbaycan QHT-ləri Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq və qarşılıqlı dialoqu genişləndirmək məqsədilə bu illərdə erməni həmkarları ilə birgə xeyli layihə həyata keçiriblər. Bu sıraya siyasi ekspertlərin, qadın və gənc fəalların Gürcüstan və digər ölkələrdə təşkil etdikləri dəyirmi masaları, müxtəlif mövzularda konfrans və seminarları, o cümlədən Bakı və Yerevan arasında telekörpüləri, ortaq sənədli filmlərin çəkilişi və yayımını göstərə bilərik.

Dünyanın tanınmış qeyri-hökumət təşkilatları da Azərbaycandakı tərəf-müqabilləri ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirirlər. Ancaq bunların çox az hissəsi birbaşa Dağlıq Qarabağ münaqişənin həllinə aiddir. Bu sırada əsasən “İnternational Alert” və LİNKS təşkilatlarının adlarını çəkmək olar. Bu və digər az qisim beynəlxalq təşkilatlar Cənubi Qafqazda sülh və sabitliyin yaradılması, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli məqsədilə illərdir müxtəlif layihələr həyata keçirirlər. Həmin layihələrə Avropanın və qarşıduran ölkələrin ekspertləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılaraq geniş fikir mübadiləsi aparırlar.

Əlbəttə, bütün bu görüşləri uğurlu adlandırmaq çətindir, qarşıduran tərəflər arasındakı fikir toqquşmaları bəzən sərtlik həddini çox keçir. Buna baxmayaraq bu tip görüşlərin və fikir mübadilələrinin vacibliyini çoxları anlayır. Bu illərdə Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda bir-birini tanımayan gənc nəsil yetişib. Gənclərin neytral ərazidə görüşləri, dəyirmi masalarda iştirakları, konfrans və seminarlara qatılmaları bir-birlərini tanımaq və dinləmək baxımından olduqca vacibdir. Birbaşa təmas yeni fikir və ideyaların ortaya çıxmasına şərait yaradır.

“İnternational Alert” təşkilatı sonuncu dəfə 2011-ci ilin mart ayında Şimali İrlandiya və Kiprdəki münaqişələr barədə Bakı, Yerevan və Xankəndidə dəyirmi masalar təşkil edib. Humanitar Tədqiqatlar Cəmiyyəti ilə birgə Bakıda keçilirilən tədbirə Şimali İrlandiya probleminin həllində birbaşa iştirak etmiş ekspert, İngiltərənin keçmiş baş naziri Toni Blerin müşaviri Conatan Pauel qatılmışdı. O, Şimali İrlandiya probleminin onilliklərin qanlı qarşıdurmasından masa arxasındakı həllinə necə səbirlə yaxınlaşdıqlarını auditoriyaya anlatdı. Pauel Şimali İrlandiya ilə Dağlıq Qarabağ arasında paralellər aparmasa da, qanlı münaqişələrin həlli trayektoriyalarının oxşar olduğunu söyləməyi unutmadı. Həqiqətən velosiped icad etməyə ehtiyac yoxdur, sivil ölkələr separatçılıqla bağlı problemləri necə həll edirlərsə və bununla barışa necə nail olurlarsa, biz də Dağlıq Qarabağ probleminin həllinə eləcə yaxınlaşmalıyıq.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından dünyadakı oxşar problemlərin müzakirəsi, müqayisəli təhlili önəmlidir. Çünki Dağlıq Qarabağa veriləcək yekun status sonda dünyada mövcud olan geniş muxtariyyət statuslarından yüksək olmayacaq. Dağlıq Qarabağa müstəqillik ideyası müharibə və qarşıdurmanın davamı deməkdir. Azərbaycan prezidenti də bir müddət öncə “Euronews” televiziya kanalına müsahibəsində Dağlıq Qarabağa dünyada mövcud olan istənilən muxtariyyət statusunun verilə biləcəyini söyləmişdi. Dövlət başçısı konkret olaraq İtaliyanın tərkibində muxtar statusu olan Cənubi Tirolun adını çəkmişdi. Azərbaycan rəsmiləri müxtəlif vaxtlarda Cənubi Tirolla yanaşı Aland adaları, Triest, Tatarıstan və digər modellərin də adlarını çəkiblər. Hətta haqqında danışdığımız  Şimali İrlandiya modeli də Dağlıq Qarabağ münaqişəsinin həllində əsas kimi götürülə bilər. Yetər ki, Ermənistan bu modellərin müzakirəsinə hazır olsun və ya biz onları bu tip müzakirələrə sövq edə bilək. Yaxşı haldır ki, beynəlxalq təşkilatlar bir sıra layihələrində Azərbaycan və Ermənistan təmsilçilərini Avropadakı muxtar qurumların təcrübəsini öyrənməyə təşviq edirlər.

“Azərbaycanın regionda artan gücü, xarici dövlətləri Dağlıq Qarabağ məsələsinin həllində daha yaxından iştirak etməyə və bu məsələnin sülh yolu ilə həllinə daha çox cəlb etməlidir”. Bu sözləri bir neçə il öncə Londonda keçirilən beynəlxalq konfransda Böyük Britaniyanın LİNKS qeyri-hökümət təşkilatının rəhbəri Denis Sammut demişdi. Konfransda Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ məsələsi müzakirə edilmişdi. Tədbirə QHT təmsilçiləri ilə yanaşı dövlət nümayəndələri də qatılmışdılar.

LİNKS sonrakı illərdə Dağlıq Qarabağ münaqişəsinə baxışları müəyyənləşdirmək məqsədilə Azərbaycan və Ermənistanda fəaliyyət göstərən 46 siyasi təşkilatın nümayəndələrinin müsahibələri əsasında sorğu da keçirmişdi. Sorğu nəticəsində Azərbaycanın siyasi təşkilatları arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ümumi konsensus olduğu üzə çıxmışdı. Konsensus ondan ibarət idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycandakı siyasi partiyalar Dağlıq Qarabağda yaşayan ermənilərin gələcəkdə hansı formada yaşayacaqları barədə düşünürlər. Ermənistanın siyasi təşkilatlarının isə Dağlıq Qarabağın azərbaycanlı icmasının gələcəyi ilə bağlı rəyləri yoxdur. Ermənistan cəmiyyətində razılıq müşahidə olunan digər əsas fikir isə ondan ibarət idi ki, münaqişənin istənilən həlli zamanı Dağlıq Qarabağın erməni əhalisinə təhlükəsizlik zəmanəti verməlidir.

Layihənin məqsədi Qarabağ probleminin həlli dialoqunu Azərbaycan və Ermənistan daxilində və iki ölkənin cəmiyyətləri arasında stimullaşdırmaqdan ibarət idi.

Müharibənin alternativi

Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə ritorikası hər zaman yüksək olub, bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, problemin sülh yolu ilə həlli və işğal altındakı torpaqların azad olunması prosesi uzandıqca müharibə ritorikası istər-istəməz artır. Subyektiv səbəbə gəldikdə isə müharibədən danışan qruplar bununla varlıqlarını göstərməyə çalışırlar. Əslində bu siyasət həmin qrup və şəxslərin özlərinin əleyhinə çevrilir, çünki daim “müharibə olacaq” deyənlərə inamsızlıq artır, söz ucuzlaşır, bunun yerinə “Lazım nə zaman gələcək” (“Lazım gələrsə, müharibə başlayacaq” açıqlamalarına işarə olaraq) kimi ironik ifadələr populyarlaşır.

Müharibə yeni dağıntılar və insan itkisi deməkdir. Bölgədə nisbi sabitliyin ortadan qaldırılması, qonşu dövlətlərin prosesə müdaxiləsi və Azərbaycana mənfi yönlü təzyiqlərin artması deməkdir. Bu baxımdan müharibə çağırışları bəzən aktual səslənsə də, bunun hansı çətinliklərə yol açacağı daim götür-qoy edilir. Təsadüfi deyil ki, Azərbaycan rəsmilərinin bir qismi son zamanlar problemin danışıqlar yolu ilə həllinə alternativin olmadığını söyləyirlər. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov son açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun saxlanılmasının bölgədə yeni müharibəyə səbəb ola biləcəyini söyləsə də, bir qədər əvvəlki açıqlamasında danışıqlara alternativ olmadığını vurğulamışdı.

Xarici işlər naziri Elmar Məmmədyarov isə mətbuata verdiyi müsahibədə müharibənin mümkünlüyünü bu sözlərlə istisna etmişdi: “Münaqişənin hərbi yolla həlli yolverilməzdir. Və biz bunu regionda 90-cı illərdə görmüşük və bu yaxınlarda, 2008-ci ildə Şimali Qafqazdakı hərbi əməliyyatları gördük. Hərbi əməliyyatlar nəhəng problemlər gətirir - həm iqtisadi, həm sosial, həm siyasi, hətta emosional... Mən hərbi əməliyyatların tərəfdarı deyiləm və hesab edirəm ki, diplomatiya böyük rol oynamalıdır və bu kontekstdə heç kimin rədd edə bilməyəcəyi dəlillərdən maksimum istifadə etmək lazımdır”.

Postkonflikt dövrünün təmasları və yoğunlaşan dialoq

Azərbaycanda müharibə imkanlarından danışılsa da,  Elmar Məmmədyarovun dilə gətirdiyi mövcud reallıqlar da qulaqardına vurulmur. Bəs müharibəsiz sülhə necə nail olmaq mümkündür?

Elmar Məmmədayarov vaxtilə Azərbaycanla Ermənistanın qeyri-hökumət təşkilatları və media nümayəndələri arasındakı təmaslara tərəfdar olduğunu söyləmişdi. Bunun ardınca Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bir qrup ziyalı ilə birgə işğal altındakı torpaqlara ziyarəti və separatçıların lideri ilə görüşü belə bir ümid yaratmışdı ki, qarşıduran tərəflər arasında təmaslar, fikir mübadilələri, birgə müzakirələrin miqyası  artacaq. Ancaq bu proses başlamadan səngidi.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri əvvəlkitək üçüncü ölkələrdə görüşərək fikir mübadiləsi aparırlar. Birbaşa əlaqə aşağı səviyyədədir. Halbuki azərbaycanlı və erməni ekspertlərin, vətəndaş cəmiyyətinin fəal nümayəndələrinin birgə müzakirə edəcəyi mövzular kifayət qədərdir. Vacib deyil ki, mütləq münaqişənin həlli məsələsi və ya bölgənin statusu müzakirə olunsun. Bu istiqamətdə rəsmilər və ATƏT-in Minsk qrupu onsuz da danışıqlar aparırlar. Vətəndaş cəmiyyətinin fəalları daha çox postkonfilikt dövrünün problemlərini müzakirəyə çıxara bilərlər. Yəni ən azı “xalqlar arasında inam atmosferinin formalaşması üçün ilkin olaraq hansı addımlar atılmalıdır” sualının cavabı üzərində ciddi düşünməyə ehtiyac var. Çünki bir gün sülh sazişi imzalanarsa, münaqişənin həlli prosesində köçkünlər Dağlıq Qarabağa qayıtmalı, Azərbaycanla Ermənistan arasında münasibətlər bərpa olunmalıdır. Həmin günə iki ölkənin cəmiyyətləri nə dərəcədə hazırdılar? Ona görə də sülh sazişi imzalanacaq günü gözləmədən cəmiyyətlərin dialoq aparması, maraq kəsb edən mövzuları birgə müzakirə etməsi vacibdir.

Oktyabrın 13-də Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin ofisində Böyük Britaniya səfirliyinin dəstəyi ilə keçirilən “Beynəlxalq təşkilatların sülhyaratma prosesində fəaliyyəti” adlı dəyirmi masada məhz qarşıduran tərəflərin dialoq məsələsi müzakirəyə çıxarılmışdı. Toplantıda səslənən fikirləri yuvarlaqlaşdırsaq, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın vətəndaş cəmiyyətləri arasında dialoq vacibliyinin ortaya çıxdığını söyləmək olar. Əlamətdar haldır ki, bu toplantından iki gün sonra Azərbaycanın hakimiyyət mənsubları yalnız rəsmi səviyyədə deyil, vətəndaş cəmiyyətləri səviyyəsində də dialoqun sürətləndirilməsi zərurətini dilə gətiriblər.

Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT Parlament Assambleyasında (PA) Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünün keçirilməsi təklifi ilə çıxış edib. “Bu, tərəflər arasında etimad üçün lazımdır” deyən Bahar Muradovanın sözlərinə görə, ATƏT PA rəhbərliyi və ATƏT-in Minsk qrupunun həmsədrləri bu təklifi dəstəkləyiblər: “Hesab edirəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları olduqlarına görə görüş Bakıda keçirilə bilər. Ancaq görüşün Vyanada da keçirilməsi mümkündür. Bu, sadəcə təklifdir”.

Bu açıqlamanın ardınca Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da “Dağlıq Qarabağın azərbaycanlı icması fəaliyyətində və mövqeyində dəyişiklik etməlidir” fikirini səsləndirib. Rəbiyyət Aslanovanın sözlərinə görə, icma münaqişənin həlli prosesinə qatılmalı və bütün işləri hansısa qurumların üzərinə atmamalıdır: “İcma prosesdə fəal iştirak üçün fəaliyyətini gücləndirməli, fəaliyyətində və mövqelərində dəyişiklik etməlidir. Həmçinin hüququnu müdafiə etməyi bacarmalıdır”.

Beləliklə, əgər Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın vətəndaş cəmiyyətləri arasında dialoqun intensivləşdirilməsinə rəsmi Bakı birmənalı olaraq yaşıl işıq yandırıbsa, yubanmadan bu işə girişmək, dialoq iştirakçılarının sayını artırmaq lazımdır.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

22/05/2012 - 16:53 RUSİYANI RƏSMİ BAKIYA QARŞI TƏSİRETMƏ MEXANİZMİ!

n

18/05/2012 - 15:11 ADİ KAĞIZ PARÇASINA ÇEVRİLƏN MƏHKƏMƏ QƏRARLARI

n

16/05/2012 - 12:46 BİZ BAKIYA NİYƏ YIĞIŞMIŞIQ?

n

14/05/2012 - 10:47 PUTİN QARABAĞ KARTI ÜZƏRİNDƏ QƏBƏLƏ RLS RAZILAŞMASINA GEDƏ BİLƏR

n

08/05/2012 - 18:54 HOLLAND BİZƏ NƏ VERƏCƏK?

n

08/05/2012 - 15:39 FRANSANIN XARİCİ SİYASƏTİ DƏYİŞƏ BİLƏRMİ?

n

04/05/2012 - 14:00 "AZƏRBAYCANDA DEMOKRATİK SİSTEM OTURUŞMAYINCA..."

n

02/05/2012 - 13:19 PORNOQRAFİYA HAQQINDA BUNLARI BİLİRİKMİ?

n

01/05/2012 - 14:09 ÇİN ABŞ-a NİYƏ MEYDAN OXUYUR?

n

27/04/2012 - 19:00 QƏRB TÜRKİYƏNİ OYUNA SALIB

n

23/04/2012 - 18:46 DİN-in İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ İDARƏSİ OXUCUMUZUN MƏQALƏSİNƏ CAVAB VERDİ

n

18/04/2012 - 14:46 "AZƏRBAYCANI BÖYÜK TƏHLÜKƏ GÖZLƏYİR!"

n

18/04/2012 - 14:30 REGİONÇULUQ BƏLASI

n

17/04/2012 - 13:06 AZƏRBAYCAN QADINININ DUBAYA GEDƏN YOLU

n

16/04/2012 - 15:44 "BMT QARABAĞLA BAĞLI 5-Cİ QƏTNAMƏ QƏBUL ETSƏ BELƏ, HEÇ NƏ DƏYİŞMƏYƏCƏK"

n

14/04/2012 - 17:42 ABŞ, BMT VƏ FRANSANIN "İŞĞAL DƏHLİZİ" XORU

n

12/04/2012 - 14:00 "QƏBƏLƏ RLS ÜÇÜN AZƏRBAYCANDAN ƏLVERİŞLİ YER YOXDUR"

n

10/04/2012 - 17:53 "SİYASİ PARTİYALAR HAQQINDA QANUN PARTİYALARA YOX, YAP-a AİDDİR"

n

10/04/2012 - 13:53 NBC KANALI: AZƏRBAYCAN İRANA QARŞI QƏRBİN CASUSLUQ YUVASIDIR

n

08/04/2012 - 13:18 NAZİR-OLİQARXLARIN SONUNU GƏTİRƏN QƏRAR

n

07/04/2012 - 14:32 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN AZƏRBAYCAN ƏMƏLİYYATLARI

n

04/04/2012 - 13:42 "RUSİYA AZƏRBAYCANDAN BAZASI ÜÇÜN YER İSTƏYİR"

n

31/03/2012 - 15:24 BİZİM TƏHLÜKƏSİZLİYİMİZİ KİM QORUYUR?

n

30/03/2012 - 15:42 "EVROVISION" AYNASINDA TƏHLÜKƏSİZLİK ÇATI

n

30/03/2012 - 14:50 "FİNANCİAL TİMES" İNDİ DƏ ƏRDOĞANDAN YAZDI

n

29/03/2012 - 17:33 "HAKİMİYYƏTİN QƏRBƏ MEYLLƏNMƏSİ XALQIMIZ ÜÇÜN ÇOX PİS OLA BİLƏR"

n

29/03/2012 - 12:01 ƏMANƏTLƏRİN QAYTARILMASI İLƏ BAĞLI 6 VACİB MƏQAM

n

27/03/2012 - 09:16 ƏMANƏTLƏRİN QAYTARILMASI İNFİLYASİYAYA NECƏ TƏSİR EDƏCƏK

n

19/03/2012 - 15:33 AZƏRBAYCAN QAZ SİYASƏTİNDƏ AB-nin MARAQLARINI NƏZƏRƏ ALACAQ

n

16/03/2012 - 12:23 BANKLARDA MARAQLI "AVRO" PROSESİ BAŞLAYIB

n

15/03/2012 - 13:18 ALMANİYALI NAZİRİN AZƏRBAYACANI SƏFƏRİ NƏYİ DƏYİŞƏCƏK?

n

12/03/2012 - 16:00 "AZƏRBAYCAN KONKRET OLARAQ ABŞ, İSRAİL VƏ QƏRBƏ TƏRƏF ADDIMLAR ATIB"

n

10/03/2012 - 15:53 "QARABAĞ MƏSƏLƏSİ HAVADA QALIB"

n

07/03/2012 - 13:53 "MƏMURLARIN 99%-i QUBA İCRA HAKİMİ SƏVİYYƏLİ ADAMLARDIR"

n

06/03/2012 - 17:15 RUSİYA BAHARININ BAŞ TUTMASI MÜMKÜN DEYİL

n

02/03/2012 - 13:07 "XALQ HAKİMİYYƏT SƏVİYYƏSİNDƏ ALDADILIR"

n

28/02/2012 - 15:44 "SÜLH VƏ MÜHARİBƏ QARABAĞI İTİRMƏYİMİZƏ SƏBƏB OLACAQ"

n

21/02/2012 - 17:35 "TÜRKİYƏ 1980-Cİ İLLƏRİN HƏRBİ AVTORİTAR REJİMİNƏ QAYIDIR"

n

20/02/2012 - 14:35 BARIŞ İSTƏYƏN, SƏHƏRDƏN AXŞAMA QƏDƏR ERMƏNİNİ SÖYMƏZ

n

17/02/2012 - 16:47 BMT 4 QƏTNAMƏ İLƏ AZƏRBAYCANI BAŞDAN EDİB

n

17/02/2012 - 13:06 PROSESLƏR SURİYA İLƏ BİTMƏYƏCƏK

n

17/02/2012 - 12:42 ASİF ATANIN İNSANLAŞMA VƏ İNSANLAŞDIRMA "DÜSTURU"

n

14/02/2012 - 14:45 KİSSİNCER: SURİYA XALQININ ƏKSƏRİYYƏTİ ƏSƏDİ SEVİR, BU ÖLKƏNİ DAXİLDƏN ODLAMAQ LAZIMDIR

n

07/02/2012 - 16:13 "ƏRƏB ÖLKƏLƏRİNDƏ DƏ AZƏRBAYCAN HAKİMİYYƏTİNİN DEDİKLƏRİ SÖYLƏNİLİRDİ"

n

06/02/2012 - 13:08 HAKİMİYYƏTİN QARABAĞLA BAĞLI ƏN CİDDİ SƏHVİ

n

03/02/2012 - 13:43 "ERMƏNİLƏR ÜRƏKLƏRİNİ BUZ KİMİ SAXLASINLAR"

n

02/02/2012 - 17:33 SARKİSYAN VƏ KÖÇƏRYANIN ADLARININ XOCALI QATİLLƏRİNİN SİYAHISINDA OLMAMASININ SƏBƏBLƏRİ BƏLLİ OLDU

n

02/02/2012 - 15:15 "ÖLKƏNİN XARİCİ SİYASƏTİ İLƏ BAĞLI QƏRAR VERƏN İNSANLAR XALQDAN TƏCRİD OLUNUBLAR"

n

01/02/2012 - 15:12 RUSİYADAN ÖLKƏMİZƏ SOSİAL BƏLA GƏLİR!

n

30/01/2012 - 11:56 AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA PROBLEMLƏR VAR

n

27/01/2012 - 14:01 HAKİMİYYƏTİN ƏNDRƏBADİ MÜQAYİSƏLƏRİ

n

27/01/2012 - 13:23 TÜRKİYƏ NƏ ETMƏLİDİR?

n

27/01/2012 - 12:01 NAXÇIVAN KLANININ RƏSUL QULİYEV PLANI

n

24/01/2012 - 17:54 AZƏRBAYCANIN TÜRKİYƏYƏ VƏFA BORCU VAR

n

24/01/2012 - 17:29 AZƏRBAYCAN TƏRƏFİ UDUZA BİLƏR

n

23/01/2012 - 10:25 "QƏBƏLƏ RLS HƏM DƏ TÜRKİYƏYƏ QARŞI YÖNƏLİB"

n

21/01/2012 - 16:01 RAFİQ TAĞININ QƏTLİ BARƏDƏ APARILAN TƏDQİQATIN NƏTİCƏLƏRİ AÇIQLANDI

n

19/01/2012 - 16:12 AVROPA MƏRKƏZİNDƏ OTURAN SARKOZİNİN ORTA ƏSR TƏFƏKKÜRÜ

n

19/01/2012 - 13:39 BİR AYIN İKİ ZİDDİYYƏTLİ ADDIMI

n

10/01/2012 - 18:12 "TÜRKİYƏ HAKİMİYYƏTİNDƏN EHTİYAT EDİRƏM"

n

10/01/2012 - 14:29 ABŞ-ın İRANLA BAĞLI YEGANƏ MƏQSƏDİ!

n

06/01/2012 - 15:40 MDB-nin TALEYİ NECƏ OLACAQ?

n

29/12/2011 - 16:24 2011-Cİ İLİN İQTİSADİ YEKUNLARI; QAZANCIMIZ VƏ İTİRDİKLƏRİMİZ

n

29/12/2011 - 15:05 VƏTƏNDAŞ CƏMİYYƏTİ VƏ VİCDAN AZADLIĞI HAQDA MÜLAHİZƏLƏR...

n

29/12/2011 - 13:29 2011-Cİ İL ƏRƏB TİRANLARININ DEVRİLDİYİ VƏ AVROPANIN BÖHRAN İLİ

n

28/12/2011 - 15:06 "DOVŞAN" BİZİ QOVUB "ƏJDAHA"NIN AĞZINA SALDI

n

28/12/2011 - 13:51 2011 AZƏRBAYCAN DİNDARLARININ YADINDA BELƏ QALACAQ

n

24/12/2011 - 11:05 DEMOKRATİYA ÖZÜNÜ DƏ MƏHV ETMƏYƏ QADİRDİR

n

24/12/2011 - 10:37 AYDIN BALAYEV: BOLŞEVİZM, NİHİLİZM, YOXSA DOQMOSEKULYARİZM?

n

23/12/2011 - 17:01 "HAKİMİYYƏT UŞAQ XƏSTƏLİYİNƏ TUTULUB"

n

22/12/2011 - 16:18 "İŞĞALÇI ELAN ELƏDİYİMİZ TƏRƏFDAŞIMIZ OLA BİLMƏZ"

n

22/12/2011 - 13:07 QARABAĞ ERMƏNİLƏRİ ÜÇÜNCÜ TƏRƏF KİMİ QƏBUL OLUNARSA...

n

20/12/2011 - 17:56 "BƏLKƏ BERNARD FASYEYƏ HEYKƏL QOYAQ?"

n

19/12/2011 - 14:44 YAXIN İLLƏRDƏ ÖLKƏDƏ ÇOX ŞEYLƏR DƏYİŞƏCƏK!

n

17/12/2011 - 13:03 PREZİDENT SEÇKİLƏRİ 2013-CÜ İLDƏN TEZ OLA BİLƏR

n

15/12/2011 - 14:48 HAKİMİYYƏTİN QARABAĞ MARAĞI

n

15/12/2011 - 13:19 İRANDA MÜHARIBƏ OLARSA...

n

13/12/2011 - 10:53 ƏLİMİZƏ RLS-dən QURTULMAQ FÜRSƏTİ DÜŞÜB

n

12/12/2011 - 14:07 RUSİYA İNQİLAB İSTƏYİRMİ?

n

12/12/2011 - 13:23 "KLİNTONA NÖVBƏTÇİ MİLLƏT VƏKİLLƏRİ CAVAB VERƏCƏK"

n

10/12/2011 - 13:13 GÜRCÜSTANIN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR DOLANIR

n

10/12/2011 - 12:07 QARABAĞ PROBLEMİ DEYİLƏN BİR ŞEY YOXDUR!

n

09/12/2011 - 16:51 RUSİYADA ETİRAZ EDƏNLƏR KİMLƏRDİR?

n

05/12/2011 - 10:53 RUSİYANIN "İDARƏ OLUNAN" DEMOKRATİYASI

n

24/11/2011 - 11:08 "TRANSXƏZƏR"İN DÜSTURU: 2+2+1

n

23/11/2011 - 14:29 LƏĞV OLUNMAMIŞ PROBLEM

n

19/11/2011 - 10:34 AVROPA PARLAMENTİNİN QARABAĞ QƏTNAMƏSİ NİYƏ GECİKİR?

n

11/11/2011 - 16:22 AMERİKANIN "DEMOKRATİK SEÇKİ"Sİ EURONEWS BAXIŞI İLƏ

n

10/11/2011 - 13:46 MÜHARİBƏSİZ SÜLH İMKANLARI

n

02/11/2011 - 09:58 BU DA DEMOKRATİYA NÜMUNƏSİ!

n

02/11/2011 - 09:12 "MANAS" BAZASINI AZƏRBAYCANA KÖÇÜRÜRLƏR?

n

27/10/2011 - 17:51 AZƏRBAYCAN QƏRBƏ QAZLA İRƏLİLƏMƏKDƏDİR...

n

26/10/2011 - 16:50 VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...

n

25/10/2011 - 11:25 QƏZZAFİNİ KİM CƏZALANDIRIR?

n

24/10/2011 - 10:26 ERMƏNİLƏR GÜRCÜSTANDA DA "SU BULANDIRIRLAR"

n

17/10/2011 - 13:15 SARKOZİDƏN BİZƏ NƏ QALDI?

n

17/10/2011 - 10:32 PARTİYALAR SİYASİ FONDLARINI YARATSINLAR

n

04/10/2011 - 11:09 SARKOZİ NƏ GƏTİRİR, NƏ APARACAQ?

n

03/10/2011 - 17:52 SİYASƏT, ŞEYTAN, DEMOKRATİYA

n

30/09/2011 - 14:20 "FELLER" "QAFQAZ BAHARI" BARƏDƏ AÇIQLAMA VERDİ


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
HƏSƏN KƏRİMOV
"Yaxşı olardı ki, azərbaycanlı millət vəkillərinin Ermənistana səfərindən danışsınlar. Başda prezident olmaqla, ölkənin digər rəsmiləri ermənilərlə daha çox əlaqə yaradırlar"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.