Bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib
10-11-2011 / 10:52
Azərbaycanın sevilən filmlərindən biri olan “Uşaqlığın son gecəsi” filmi bərpa edilib. Filmin bərpası Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Dövlət Film Fondunun birgə təşəbbüsü ilə həyata keçirilib. Azərbaycan Dövlət Film Fondunun mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, görkəmli rejissor, Əməkdar İncəsənət Xadimi Arif Babayevin 1968-ci ildə lentə aldığı “Uşaqlığın son gecəsi” filminin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.
Hazırda Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birlikdə Vaqif Mustafayevin “Yaramaz” filminin bərpasına başlayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.