BERLİN DİVARININ SÖKÜLMƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİR
Almaniya baş naziri Angela Merkel divarın sökülməsi münasibətiylə təşkil edilən tədbirdəki çıxışında, yeni Avropanın şəkilləndirilməsi zamanının gəldiyini, ancaq cəld davranmaq lazım olduğunu bildirib
09-11-2011 / 17:25
"Çünki dünya Avropanı gözləmir", - deyən Merkel, borc böhranını dəyişmək üçün yaxşı qiymətləndirmək lazımdır, bunun üçün də təkcə yaxşı niyyətin kafi olmadığını, AB müqavilələri daxil olmaqla, həqiqi mənada strukturca dəyişikliklərin reallaşdırılması lazım olduğunu qeyd edib.
Avropanın boynuna yeni məsuliyyətlər götürməsi lazım olduğunu da bildirən Merkel, "məsuliyyətimiz ölkələrimizin sərhədlərində sona çatmır", - deyə bildirib.
Berlin meri Klaus Vovereit də Bernauer Strasse adlı küçədə, köhnə Berlin Divarının üzərindən şərqdən qərbə qaçmağa çalışarkən sərhəd əsgərləri tərəfindən öldürülən insanlar üçün qurulan abidənin qarşısında təşkil edilən xatirə mərasimində iştirak edib.
Vovereit çıxışında, keçmiş Şərqi Almaniya vətəndaşlarının cəsarəti nəticəsində Berlin Divarının yıxıldığını qeyd edərək, bunu mümkün etdikləri üçün təşəkkürünü bildirib.
Mərasimdə abidənin önünə yanan şamlar qoyulub.
Xatırladaq ki, Berlin Divarı 1961-ci il avqust ayının 13-ü tarixində tikilmiş, 1989-cu il noyabrın 9-da isə iki Almaniyanın birləşməsindən sonra yıxılmışdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.