Alimlər internetdəki bütün məlumatların ağırlığını hesablayıb. Hesablamalarda Eynşteynin e=mc2 düsturu istifadə edilib. Nəticə: 50 qram, yəni bir çiyələk qədərdir
09-11-2011 / 16:52
E-kitab dolanda nə olar?
Kaliforniya Universiteti professorlarından Con Kubiatoviç ötən günlərdə müzakirəni qızışdırıb; bir e-kitabın məlumat yükləndikcə ağırlaşdığı bildirilib. Kubiatoviç 4 gb-lıq e-kitabın dolu olduqda ağırlığının qramın milyardda birinin milyardda biri qədər, yəni 0.000000000000000001 qram artacağını hesablayıb. YouTube-də yayımlanan Vsauce elm kanalı eyni prinsiplə internetdəki bütün məlumatların ağırlığını hesablayıb.
5 milyard terabayt
İnternetdə 5 milyard terabayt miqdarında olduğu güman edilən məlumatların isə ümumilikdə 50 qram, yəni bir çiyələk ağırlığında olacağı məlum olub. Bütün bu hesablarda məşhur alim Albert Eynşteynin e=mc2 düsturu əsas götürülüb. Düstur, enerji artdıqca kütlənin də artdığını bildirir. Buna görə, məlumatları internet mühitinə qeyd etməyə yarayan elektronlar enerji yayır. Bu enerji də kütləyə çevrilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.