Müsəlman təqvimi 12 aydan ibarət olaraq 354 gündən ibarətdir
09-11-2011 / 12:23
- Bu isə günəş (qriqorian təqvimi) təqvimindən 10 və ya 11 gün qısadır. Ona görə də müsəlman bayramları qriqorian təqvimlərinə görə 10-11 gün qabağa çəkilir.
- Makedoniya Respublikası Yunanıstanın təzyiqləri nəticəsində adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) kimi qəbul edilib.
- Hindistanda ən geniş yayılmış dil hindi dilidir və ölkənin rəsmi dillərindən biri sayılır. Biznes və inzibati işlərdə geniş yayılmış ingilis dili " yardımçı dil» sttusundadır. Hindistan Konstitusiyasına görə ölkənin 21 rəsmi dili var. - Hinsitanda dillərin 1652 dialekti vardır.
- Yaponiyanın 1868-ci ilədək paytaxtı Kioto (Paytaxtların paytaxtı) şəhəri olmuşdur. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın - Tokionun adı alınır.
- "Rekord" sözü latınca recordum sözündəndir ki, tərcüməsi «yadasalınan» deməkdir.
- "Rusiya" (rus.«Rossiya») adını rəsmi dövlət adı kimi ilk dəfə I Pyotr 1721-ci ildə ölkəni Rusiya İmperiyası adlandıranda istifadə etmişdir.
- 2010-cu ilin aprel ayına elmə 118 kimyəvi element məlumdur. Onlardan 94-ü təbiətdə mövcuddur ( bəzilərinin ancaq izləri var), qalan 24-ü nüvə reaksiyaları vasitəsi ilə süni surətdə alınıb. İlk 112 elementin adı daimi, qalanlarının adı hələlik müvəqqətidir.
- Boliviyanın rəsmi adı "Çoxmillətli Boliviya Dövləti"dir.
- 14 iyul 2011-ci il tarixinə, Cənubi Sudanın BMT-yə üzv qəbul edilməsi ilə təşkilatın üzvlərinin sayı 193-ə çatdı .
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.