Böyük Britaniya Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan etmişdir
05-11-2011 / 10:37
Bu gün — 5 noyabr: Böyük Britaniya Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan etmişdir, (1913-cü il).
Mülki təyyarə "Concorde 001" səs baryerini keçmişdir, (1970-ci il).
Barak Obama ABŞ Prezidenti seçilmişdir, (2008-ci il).
Əhəmiyyətli hadisələr
- 1670 — İngiltərə-İspaniya müharibəsi Madrid sazişinin imzalanması ilə başa çatmışdır.
- 1920 — İşğaldan sonra Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilmişdir.
- 1930 — Londonda ilk televiziya reklamı nümayiş etdirilmişdir.
- 1940 — Franklin Delano Ruzvelt ABŞ-ın prezidenti seçilmişdir.
- 1950 — FM stereo dalğasında ilk yayım həyata keçirilmişdir.
- 1956 — Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulmuşdur.
- 1964 — SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanmışdır.
- 1968 — Riçard Nikson ABŞ-ın prezidenti seçilmişdir.
- 1979 — ABŞ səfirliyinin tutulmasının ertəsi günü İmam Xomeyni ABŞ-ı ən böyük şeytan adlandırmışdır.
- 2005 — Azərbaycanda parlament seçkiləri keçirilmişdir.
- 2006 — İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılmışdır.
- 2007 — Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana etmişdir.
Doğumlar
- 1948 — Baba Pünhan, azərbaycanlı şair, qəzəlxan.
- 1952 — Vilayət Quliyev, Azərbaycan Respublikasının Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri.
Ölümlər
- 2002 — Eldəniz Zeynalov, azərbaycanlı aktyor (d. 1937).
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.