Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2021
11:52
41 dərəcə istidə açıq havada işlər dayandırılmalıdır - XƏBƏRDARLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) İsti hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciət edib.

DƏMX-dən Faktxəbər-ə verilən məlumata görə, işəgötürənlərə müraciət edərək bildirilib ki, havanın temperaturunun 41 dərəcə Selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlər görmək işəgötürənin əsas vəzifələrindən biridir.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

İşəgötürənlər yay mövsümündə havanın temperaturunun 41 dərəcə Selsidən çox olduğu günləri nəzarətdə saxlamalı, gün ərzində havanın temperaturunun 41 dərəcə Selsidən çox müşahidə olunduğu saatlarda açıq hava şəraitində və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsini dayandırmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələrin verilməsini təmin etməlidirlər.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kəlbəcərdə atışma DAVAM EDİR

23

İyul
22:25
HƏRB
452

Sabaha olan hava proqnozu açıqlanıb

23

İyul
16:12
ÖLKƏ
433

Oyundan kənar qalan qüvvələr - TƏHLİL

23

İyul
15:48
MÜNASİBƏT
817

"Azərmarka" "Azərpoçt"a birləşdirilir

23

İyul
15:32
İQTİSADİYYAT
456

İranda qatar relsdən çıxaraq aşıb

23

İyul
14:47
DÜNYA
494

Tanınmış telejurnalist həkimi məhkəməyə verdi

23

İyul
14:34
HÜQUQ,HADİSƏ
468

Azərbaycan neftinin qiyməti 73 dolları keçib

23

İyul
14:17
İQTİSADİYYAT
425

Azərbaycan Rusiyadan 100 dəmiryol vaqonu alıb

23

İyul
11:45
İQTİSADİYYAT
656
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-07-2021 20:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru