Hazırda balaca Pyotr yaşıdları arasında ən varlılardan hesab edilir
04-11-2011 / 15:20
FaktXeber.com-un verdiyi məlumata görə, Cənubi Afrika Fermerləri yeni doğulmuş Pyotr Nikolayevə 1 ton hədiyyə göndəriblər.
Qeyd edək ki, Pyotr Nikolayev Rusiyanın Kalininqrad vilayətində oktyabrın 30-dan 31-nə keçən gecə dünyanın 7 milyardıncı insanı olaraq dünyaya gəlib.
Təqdimetmə mərasimi Pyotrun və anası Yelenanın yatdığı palatada simvolik olaraq 1 zənbil apelsinlə həyata keçirilib və hədiyyənin yerdə qalan hissəsinin sertifikatı verilib. Pyotrun valideynləri hər birində 15 kiloqram apelsin olan 70 karobkanı istədikləri vaxt təhvil ala bilərlər.
Pyotr ailənin 3-cü uşağıdır. Onun boyu 50 sm, çəkisi isə 3.6 kiloqramdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.