HƏR 80 DƏQİQƏDƏ BİR NƏFƏR ABŞ HƏRBÇİSİ İNTİHAR EDİR
İraq və Əfqanıstanda hərbi xidmət keçərək ölkəyə qayıdan ABŞ hərbçiləri ilə bağlı hazırlanmış hesabatda qorxunc faktlar aşkar olunub.
04-11-2011 / 15:17
FaktXeber.com-un verdiyi məlumata görə, hesabat zamanı məlum olub ki, hər 80 dəqiqədə bir nəfər hərbçi ya intihar edir, ya da ki, intihara cəhd göstərir. “Yeni Amerika Təhlükəsizlik Mərkəzinin” apardığı hesabat zamanı məlum olub ki, 2009-cu ildən bu günə qədər İraq və Əfqanıstanda hərbi xidməti keçmiş 868 nəfər hərbçi intihara cəhd edib. Digər tərəfdən Hesabat zamanı məlum olub ki, müharibədən qayıtmış hərbçiləri intihara sürükləyən əsas səbəblərdən biri də, ABŞ-ı cənginə almış maliyyə böhranıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.