Bu parkda bir saat ərzində dünyanın bəzi ölkələrinin tarixi yerləri barədə məlumat almaq olar
04-11-2011 / 14:35
FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin İstambul şəhərində sahəsi 60 min kv.metr olan "Miniatürk" adlı park fəaliyyət göstərir. Bu parkda 1 saat ərzində Türkiyənin və dünyanın bəzi ölkələrinin tarixi yerləri barədə məlumat almaq olar. Burada diqqətəlayiq 120 incəsənət nümunəsini görmək olar. Bunlardan 57-si İstambulun, 51-i Antaliyanın, 12-si isə hazırda Türkiyə sərhədlərindən kənar ölkələrin ərazisinin təsvirinə aiddir. Park hər gün səhər saati 9.00-dan axşam 18.00-a kimi açıqdır. Giriş 10 türk lirəsidir (təqribən 5 manata yaxın).
Ən maraqlısı isə odur ki, hər hansı bir abidəyə yaxınlaşarkən biletinizdəki ştrix-kodu ora tutsanız o, müəyyən edilmiş dildə incəsənət nümunəsi haqqında məlumat verəcək.
Qeyd edək ki, Türkiyənin texnika cəhətdən bu cür inkişafı hər bir turisti təəccübləndirir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.