“Ölkədə yalnız bolluq yaradılmalıdır. Bunun üçün dövlətin taarif və gömrük siyasəti dəyişdirilməlidir. Dövlət bazar qiymətlərinə müdaxilə etməklə etiraf edir ki, ölkədə həqiqətən liberal bazar mövcud deyil”
03-11-2011 / 14:56
İqtisadi İnkişaf Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti 5-7 noyabr tarixlərində ucuz qoyunların satışını təşkil edəcəkləri barədə məlumat yayıblar. Hər halda bayram günü satılacaq ətin qiyməti əvvəlki günlərə nisbətən ucuz olacaq. İİN və Bakı Şəhər İcra hakimiyyəti ətin qiymətini bayram günü ucuz təşkil edə biləcəyi halda, nəyə görə hökumət digər günlərdə ölkədə ətin qiymətini tənzimləmir? Necə ki, bir neçə ay bundan əvvəl süni olaraq qaldırılmış yumurtanın qiyməti tənzimləndi. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov, hökumətin bazar qiymətinə təsir etməsinin düzgün olmadığını bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.