"İsrail İsrailə Qarşı" adlı sənədli filmdə yayımlanan görüntülərdə, bölgədəki kin və nifrəti görmək mümkündür
01-11-2011 / 15:50
FaktXeber.com xəbər verir ki, bir neçə gün öncə "TRT Türk" ekranlarında yayımlanan "İsrail İsrailə Qarşı" adlı sənədli filmdə, insanlar arasındakı kin və nifrət çox dəqiq şəkildə göstərilib.
Yayımlanan görüntülərdə güllə və bombalardan daha sarsıdıcı anlar var. Bu görüntülərdə 5-10 yaşlı uşaqlar bölgədə olan fələstinli qadınları və uşaqları həm təhqir edir, həm də daş atırlar.
Qərb zolağında yerləşən Hebronda 150 min fələstinli və 500 israilli yaşayır. Təhlükəsizliyi İsrailin idarəsindəki bölgədə israilli uşaqlar "hər yer İsrail, Ərəbləri qətl edin" şüarı səsləndirirlər. Fələstinli qadınlara təpik atırlar. Bəzi uşaqlar da hündür fələstinlilərə böyük daşlar atırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.