"Bir sıra "ordu əzabkeşləri" sanki bu faktlardan sevinirmişlər kimi nəzərə çarpırlar. Onlar mərhumların valideynlərinin dərdlərinin üstünə əlavə dərd gətirirlər"
01-11-2011 / 14:52
Dünən Azərbaycan Ordusu daha 2 əsgərini itirib. Milli Ordunun əsgəri, Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı Röyal Rüstəm oğlu Ağayev xəstəlikdən dünyasını dəyişib. Gəncədə yerləşən “N” saylı hərbi hissədə də 18 yaşlı Ruslan Şəhriyar oğlu Kərimov xəstəlikdən dünyasını dəyişib. Ən təəccüblü isə budur ki, ölən əsgər - Ruslan Şəhriyar oğlu Kərimov 2011-ci ilin oktyabrında Göyçay Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdı. Son vaxtlar ordumuzda baş verən bu cür ölüm halları ilə bağlı FaktXeber.com-a müsahibə verən hərbçi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov maraqlı fikirlər səsləndirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.