Azərbaycan Texniki Universiteti açılmışdır, 1950-ci il
01-11-2011 / 10:25
Bu gün - 1 noyabr: Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun "Uaytholl" sarayında səhnəyə qoyulmuşdur, 1604-cü il. Azərbaycan Texniki Universiteti açılmışdır, 1950-ci il. Maastrixt sazişi qüvvəyə minmiş və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılmışdır, 1993-cü il.
Əhəmiyyətli hadisələr
- 1800 — ABŞ prezidentlərinin iqamətgahı - "Ağ ev" istifadəyə verilmişdir. Onun ilk sakini ABŞ-ın ikinci prezidenti Con Adams olmuşdur.
- 1897 — İtaliya futbol klubu "Yuventus" qurulmuşdur.
- 1906 — "Füyuzat" jurnalının ilk sayı çapdan çıxmışdır.
- 1922 — Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. Sonuncu Osmanlı hökmdarı VI Mehmed taxtdan endirilmişdir.
- 1925 — İranda Rza xan Pəhləvi hakimiyyətə gəlmiş və bunula Qacarların hakimiyyətinə son qoyulmuşdur.
- 1939 — Qərbi Ukrayna Ukrayna SSR-ə birləşdirilmişdir.
- 1939 — Qərbi Belorusiya Belorusiya SSR-ə birləşdirilmişdir.
- 1939 — Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlmişdir.
- 1994 — Azərbaycan Respublikası Qvatemala ilə diplomatik əlaqələr qurmuşdur.
- 1998 — Avropa İnsan Haqları Məhkəməsi təsis edilmişdir.
- 2008 — Azərbaycan, Ermənistan və Rusiya prezidentləri "Moskva Bəyannamə"sini imzalamışlar.
Doğumlar
- 1939 — Bernar Kuşner, "Sərhədsiz həkimlər" təşkilatının həmtəsisçisi, 2007-ci ildən Fransanın xarici işlər naziri.
- 1944 — Rafiq Həriri, 1992-1998-ci illərdə Livanın Baş Naziri.
- 1924 — Süleyman Dəmirəl, Türkiyə Respublikasının 9-cu prezidenti.
- 1940 — Elmira Şabanova, azərbaycanlı aktrisa.
- 1973 — Ayşvariya Ray, hind aktrisası və model
Ölümlər
- 1903 — Teodor Mommzen, alman tarixçi, filoloq, hüquqşünas, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Bayramlar və xüsusi günlər
- Antiqua və Barbudada Müstəqillik Günü
- Azərbaycan Respublikasında kənd təsərrüfatı işçiləri günü
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.