Avro böhranı ilə boğuşan Avropa ölkələri 7 il ərzində bir-biriləri müharibə edəcəklər
31-10-2011 / 10:42
FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərədə nəşr olunan “Daily Mail” qəzeti bütün Avropanı təəccübləndirən araşdırma yazı dərc edib. Araşdırmada bildirilir ki, Avro böhranı ilə boğuşan Avropa ölkələri 7 il ərzində bir-biriləri müharibə edəcəklər. Artıq neçə həftədir ki, başda Yunanıstan olmaq üzrə Avropanın digər ölkələrini cənginə alan iqtisadi böhrandan çıxış yolu tapmaq üçün bir araya gələn Avropa ölkələrinin liderləri tam olaraq çıxış yolu tapa bilməyiblər. Qızğın müzakirələrin getdiyi bir vaxtda “Daily Mail” qəzeti maraqlı və təəccüblü bir məlumat yayıb. Məlumatda bildirilir ki, Avropa ölkələrini cənginə almış iqtisadi böhran 2018-ci ilə qədər Avropa da böyük bir müharibəyə səbəb olacaq.
Dominik Sendbrook imzası ilə çap olunan yazıda Almaniyanın baş naziri Angela Merkelin keçən həftə çıxışı zamanı "Kimsə Avropada bundan sonra yarım əsr sülhün hakim olacağına inanmamalıdır. Əgər Avro çöksə, Avropa da çökəcək. Buna imkan verilməməlidir. Dediyim məsələlərə diqqət olunmasa qarşıdan gələn 7 il ərzində Avropa qitəsini böyük bir fəlakət gözləyəcək”. dediyi sözlərə istinad olunub.
Digər tərəfdən yazıda bildirilir ki, qarşıdan gələn 20 ay ərzində AB ölkələrinin “Avronu Qurtarma” cəhdləri boşa çıxacaq.
Eyni halda 2012-ci ilin əvvəllərindən etibarən Yunanıstan parlamenti ölkə vətəndaşları tərəfindən zəbt olunacaq. Bundan sonra isə Almaniya və Fransa Afina rəhbərliyinə kömək etmək üçün 5 min nəfərdən ibarət sülhməramlı qoşunlarını Yunanıstana yeridəcək. Hadisələr Yunanıstandan sonra oxşar ssenari üzrə İtaliya, Almaniya, İrlandiya və İngilətərə də baş verəcək.
İrqçilik artaraq Rusiyaya yayılacaq.
İqtisadiyyatının pozulması, işsizliyin və ictimai qarışıqlığın artması nəticəsində, imperatorluq qurmaq xəyalı ilə yaşayan Putin hakimiyyətindən də yan keçməyəcək. Ölkədə immiqrantlara qarşı davamlı olaraq hücumlar artacaq. İqtisadi böhranın ən böyük zərbəsini 2014-cü ildə Latviyaya dəyəcək alacaq. Putin hakimiyyəti rusları qorumaq adı ilə 2016-cu ildə Estoniya, Liviya, Litva və Belarusiyanı işğal edəcək.
Fransa İngiltərəyə hücum edəcək
ABŞ II Dünya müharibəsində olduğu kimi bu dəfə də bu proseslərdən İngiltərə ilə birgə təcrid olunmağa çalışacaq. İngiltərənin AB-dən çıxması isə Nikola Sarkozi hakimiyyətinin İngiltərəyə qarşı müharibə etməsinə səbəb olacaq. Fransa bu hücumu Rusiyadan aldığı hərbi yardım hesabına həyata keçirdəcək. Və beləcə Anqela Merkelin 7 il əvvəl etdiyi xəbərdarlıq reallaşmış olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.