Nazirlər Soveti "Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istismara verilməsi işinin yaxşılaşdırılması tədbirləri haqqında" qərar qəbul edib, (1949-cu il)
31-10-2011 / 10:22
Bu gün - 31 oktyabr : Artur Konan Doyl “Şerlok Holmsın macəraları” əsərini çap etdirmişdir, (1892-ci il) SSRİ Nazirlər Soveti “Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istismara verilməsi işinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar qəbul edib, (1949-cu il). TÜRKSOY təsis edilmişdir, (1992-ci il).
Əhəmiyyətli hadisələr
- 1517 - Martin Lüter Vittenberq (Wittenberg) kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq protestanlığı elan etmişdir.
- 1876 - Hindistanda qasırğa 200 000 insanın həyatına son qoymuşdur.
- 1922 - Benito Mussolini İtaliyanın Baş Naziri seçilmişdir.
- 1930 - Azərbaycan Yazıçılar Cəmiyyətinin “Hücum” jurnalı nəşrə başlayıb.
- 1952 - Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirmişdir.
- 1956 - Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başlamışlar.
- 1961 - Stalinin cənazəsi Lenin Mavzoleyindən çıxarılaraq kənarda dəfn edilmişdir.
- 1974 - Naxçıvan hava limanının təməli qoyulub.
- 1984 - İndira Qandi öldürülmüşdür.
- 1989 - Turqut Özal Türkiyənin 8-ci prezidenti seçilmişdir.
- 1992 - Vatikan Qalileo Qalileyyə bəraət vermişdir
- 1996 - Türkiyə-Azərbaycan Dostluq Vəqfi təsis olunmuşdur.
- 2006 - Gəncə Beynəlxalq Hava limanı əsaslı təmirdən sonra prezident İlham Əliyevin iştirakı ilə açılmışdır.
Doğumlar
- 1892 - Aleksandr Alyoxin, rusiyalı şahmatçı, 1937-1946-cı illər arası şahmat üzrə dünya çempionu.
- 1953 - Koroğlu Rəhimov - Azərbaycanın Milli Qəhrəmanı.
- 1963 - Nadir Əzimov - Bəstəkar.
Bayramlar və xüsusi günlər
Amerika Birləşmiş Ştatlarında Hellouin günü (Cadugərlər Bayramı). Protestant kilsələri bu günü tarixi islahatlar günü kimi qeyd edirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.