Tədbirdə şagirdlərin ifasında bəstəkarın mahnıları ifa olunacaq
31-10-2011 / 09:15
Noyabrın 2-də 12 nömrəli uşaq musiqi məktəbində tanınmış bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan Xalq Artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş “Kinomuz-musiqimiz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Məktəbdən verilən məlumata görə, tədbirdə Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımzadə T.Quliyevin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verəcək.
Həmçinin tədbirdə şagirdlərin ifasında T.Quliyevin və digər bəstəkarlarımızın mahnıları ifa olunacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.