"Ölkədə olan siyasi repressiyalar ilin əvvəlindən yox, 1993-cü ildən başlayan proseslərin davamıdır"
29-10-2011 / 16:04
Artıq neçə vaxtı idi ki, “Xural” qəzetinin və onun baş redaktoru Əvəz Zeynallının fəaliyyətinə dair aidiyyəti orqanlar tərəfindən müxtəlif maneələr yaradılmışdır. Nəhayət dünən həmin proseslərin məntiqi sonluğu olaraq Əvəz Zeynallının həbsi baş verdi. FaktXeber.com-un “Əvəz Zeynallının bu həbsini ölkədə ilin əvvəlindən başlayan siyasi repressiyanın davamı kimi qiymətləndirmək olarmı” və “İlin əvvəlindən bu günə qədər baş verən siyasi həbsləri nəzərə alsaq, ölkədə siyasətilə məşğul olan hər hansı bir partiya rəhbərinin və ya qəzet redaktorunun siyasi sığortalanmasına ehtiyac varmı” sualına münasibət bildirən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, RATİ rəhbəri Emin Hüseynov və “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev maraqlı fikirlər səsləndirdilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.