Ağır xəstələri öldürdüyü üçün "ölüm mələyi" ləqəbiylə tanınan erməni əslli amerikalı həkim Jack Kevorkiyanın "intihar maşını" hərracdan çıxarıldı
29-10-2011 / 11:09
FaktXeber.com-un verdiyi məlumata görə, Nyu Yorkda Kevorkiyanın əşyasının satışa təqdim edildiyi hərracda, maşın lazımlı marağa səbəb olmadığı üçün satışdan çıxarılıb. Bundan əlavə, Kevorkiyanın öz qanıyla çəkdiyi 17 rəsmi də satılmayıb.
Qeyd edək ki, Kevorkiyan iyun ayında 83 yaşında ölüb, mirası isə qardaşı oğluna qalıb.
Evtanaziyanı müdafiə edən Kevorkiyan, ölümcül xəstəliyə tutulmuş ağır xəstələrə öz istəkləriylə iynə vuraraq öldürürmüş.
Kevorkiyan ikinci dərəcədən adam öldürmək cinayəti ilə məhkum olunaraq 8 il Miçiqan ştatında həbsxanasında yatıb. 2007-ci ildə azadlığa çıxan Kevorkiyanın ən azı 130 xəstəsin bu üsulla öldürdüyü bildirilir.
Qeyd etmək yerinə düşərdi ki, ölümcül xəstəliyə tutumuş xəstələrin səhhətlərində qəfildən ciddi dəyişikliklər baş verərək sağlamlıqlarına qovuşublar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.