İRAN HƏKİMLƏRİ KƏSİLMİŞ QOLU YENİDƏN BƏRPA ETDİLƏR
Keçirilən əməliyyat tam uğurla həyata keçirilib
28-10-2011 / 13:24
FaktXeber.com-un “İSNA” agentliyinə istinadən verdiyi məlumata görə, iranlı həkimlər əfqanlının çiynindən qopmuş qolunu yenidən yerinə tikiblər. Doktor Seyyid Fəzlullah Səccadinin verdiyi açıqlamalara görə, əli qopmuş pasiyentin cərrahiyyə işi 7 saat çəkib. Əgqanlının əlinin qopmasına səbəb iş zamanı səhlənkarlığı olub. Belə ki, o beton mikserinin hərəkətdə olan lentinə həddən artıq yaxınlaşıb və nəticədə qolunu itirib. Bədbəxtçilikdən hadisə zamanı qopmuş qol mikserin içərisinə düşüb. Odur ki, həkimlər bir müddət simentə bulaşmış qolu təmizləmək məcburiyyətində qalıblar. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və əlini tərpədə bilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.