Əli Həsənov mediada qeyri-peşakar jurnalistlərin fəaliyyətini sərt tənqid edib
28-10-2011 / 13:02
Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov mediada baş alıb gedən qeyri peşakar jurnalistlərin fəaliyyətini sərt tənqid edib.
FaktXeber.com "Salamnews" istinadən xəbər verir ki, Ə.Həsənov jurnalistlərə bildirib ki, təəsüflər olsun ki, media orqanlarında qeyri- peşakarlıq davam etməkdədir. Belə jurnalistlər Azərbaycan mediasına dolaraq, Azərbaycan mətbuatını nüfuzdan salır: "Bəzi reket nəşrlər hələ də fəaliyyətini davam etdirilər. Həm mətbuat orqanları, həm jurnalist ictimaiyyəti, həm də bu sahə ilə məşğul olan dövlət orqanları qeyri-peşakarlara və reket nəşirlərə qarşı mübarizə aparmalıdırlar. Çalışmaq lazımdır ki, ayrı-ayrı qeyri- sağlam məqsədlərlə bu sahəyə gələn jurnalistləri media orqanlarından uzaqlaşdıraq".
PA rəsmisi söyləyib ki, medianın maddi-texniki bazasının artırlmasına çalışmaq lazımdır. Bazar mexnizmləri inkişaf etdikcə, mediaya verilən reklamların sayı artmalıdır. Bu reklamlar media orqanlarının imicinə görə bərabər şəkildə paylanılmalıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.