Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Espertiza Mərkəzi qanunsuz apteklərə və yararsız dərmanlara qarşı mübarizə və əczaxanaların şəraitini gözdən keçirmək məqsədi ilə yenidən reydlərə başlayıb
27-10-2011 / 17:39
Bu haqda FaktXeber.com-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, bu günlərdə Sumqayıt şəhərində 18 aptekə baxış keçirilib, onlardan 6-nın fəaliyyəti dayandırılıb. Həmin apteklərin qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Əczaxanalarda sertifikatsız preparatların satıldığı da məlum olub.
18 aptekdən ümumilikdə 769 qutu yararsız dərman götürülüb. Onlardan 407 qutusu dövlət apteklərinin, 362 qutusu isə fəaliyyəti dayandırılmış qanunsuz apteklərin payına düşüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.