Xristofor Kolumb Amerika qitəsini Avropa üçün kəşf etmişdir
27-10-2011 / 09:58
Bu gün - 27 oktyabr : Xristofor Kolumb Amerika qitəsini Avropa üçün kəşf etmişdir, 1492-ci il
Ermənistan parlamentinə silahlı basqın nəticəsində 8 yüksək rütbəli məmur, həmçinin spiker Karen Dəmirçyan, baş nazir Vazgen Sərkisyan və bir neçə deputat qətlə yetirilmişdir
Əlcəzair — Ağac əkmə günü
Əhəmiyyətli hadisələr
1806 - Napaleon Bonapartın komandanlığı altında Fransa ordusu Berlini tutmuşdur.
1904 - Nyu-Yorkda ilk metro xətti istifadəyə verilmişdir.
1924 - SSRİnin tərkibində Özbəkistan SSR yaradılmışdır.
1971 - Konqo Respublikasının adı dəyişdirilərək Zair olmuşdur.
1978 - Nobel Sülh Mükafatı Misir prezidenti Ənvər Sədata verilmişdir.
1982 - Çin rəsmi olaraq əhalisinin sayının 1 milyardı keçdiyini təsdiqləmişdir.
2005 - Sloveniyada Mehdi Hüseynzadənin abidəsi açılmışdır.
2008 - Bakıda anadan olmuş bəstəkar Mstislav Rostropoviçin Moskvada qəbirüstü abidəsi qoyulmuşdur.
2008 - İsveçrədə ilk metro xətti istifadəyə verilmişdir.
Doğumlar
1728 - Ceyms Kuk, Avstraliya və Yeni Zelandiyanı kəşf edən ingilis dəniz səyyahı.
1855 - İvan Miçurin, rus-sovet bioloqu və seleksiyaçı (ö. 1935).
1858 - Teodor Ruzvelt, ABŞ-ın 26-cı prezidenti, 1906-cı il Nobel Sülh Mükafatı laureatı (ö. 1919).
1924 - Firuz Kazımzadə, Amerika tarixçisi, Yeyl Universitetinin tarix üzrə əməkdar professoru.
1931 - Cəmil Əhmədli, fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi.
1952 - Rəfael Əsədov, Azərbaycanın Milli Qəhrəmanı.
1958 - Elbrus Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı.
1981 - Volkan Dəmirəl, Türkiyənin Fənərbaxçalı futbolçusu.
Ölümlər
1449 - Məhəmməd Uluqbəy, özbək astronomu və riyaziyyatçısı.
1932 - Asəf Zeynallı, azərbaycanlı bəstəkar (d. 1909).
1938 - Xədicə Qayıbova, ilk azərbaycanlı pianoçulardan biri.
1990 - Jak Demi, fransız kinorejissor (d. 1931).
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.