EYNULLA FƏTULLAYEV BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT EDİB
Eynulla Fətullayev beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
26-10-2011 / 15:34
Birlikdən FaktXeber.com-a verilən məlumata görə, “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev ABŞ-da yerləşən Jurnalistlərin Müdafiə Komitəsinə, Dünya Naşirlər və Qəzetlər Assosiasiyasına, PEN-Kluba, Beynəlxalq Amnistiya Təşkilatına və başqa nüfuzlu beynəlxalq təşkilatlara “Yeni Müsavat” qəzetinə qarşı bəzi oliqarx qruplaşmaların süni məhkəmə çəkişməsi vasitəsilə təşkil etdikləri təqib kampaniyası ilə bağlı xüsusi müraciət ünvanlayıb.
Müraciətdə “Yeni Müsavat” qəzetinin Azərbaycanda ifadə azadlığı və söz azadlığı dəyərlərinin son təminatçılarından biri olduğu qeyd edilməklə yanaşı, ümumbəşəri dəyərlərin cəmiyyətimizdə məhvinə çalışan maliyyə korporativ sindikatla hakimiyyətin vəhdətinin müstəqil mətbuata qarşı apardığı növbəti səlib yürüşündən bəhs olunur. Xüsusi müraciətdə yaranmış son dərəcə böhranlı vəziyyətə beynəlxalq təşkilatların müdaxiləsi zəruri sayılıb.
Eyni mətnli müraciət Avropa Şurası İnsan Haqları Komitəsinə və Avropa Komissiyasına da ünvanlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.