Dəyişiklər yönündə ilkin olaraq siyasi məhbuslar azadlığa buraxılacaq. Bu prosedur ya amnistiya, ya da ki, əfv vasitəsilə həyata keçirdiləcək. Gözlənilən dəyişiklər baş tutmasa, həqiqətən Azərbaycan heç nəyə qadir olmayan bir dövlətə çevriləcək
26-10-2011 / 15:01
Hüquq müdafiəçisi Novella Cəfəroğlu müsahibələrinin birində ilin sonlarına yaxın ölkədə böyük dəyişiklərin baş verəcəyi barədə məlumat vermişdi. Hazırda ilin sonuna yaxınlaşmağımıza baxmayaraq ölkədə islahatlara doğru hər hansı bir addım müşahidə olummur. Respublikamızda ən güclü siyasi qüvvə hesab olunan İctimai Palatanın (İP) da hazırkı fəaliyyətində müəyyən durğunluq müşahidə olunur. Demək olar ki, İP daxilində hər hansı bir aksiyanın keçirilməsi barəsində müzakirələr belə aparılmır. Nəzərə alsaq ki, ilin sonuna iki ay qalıb, istər-istəməz ictimaiyyətdə belə bir sual meydana gəlib ki, Novella xanımın ilin sonlarına yaxın dediyi dəyişiklər nədən ibarət olacaq?
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.