"Azadlıq"ın baş yazarı ölkəyə gecə saatlarında gəlib
26-10-2011 / 10:44
FaktXeber.com-un Tribuna İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid bir müddət əvvəl ailəsi ilə birlikdə ölkəni tərk edərək, əvvəlcə Türkiyədə, daha sonra isə Fransada qərarlaşmışdı. Beş aya yaxın müddətdə xaricdə yaşayan Qənimət bəyin ölkəyə dönməyəcəyi iddia edilirdi.
Amma bütün bu iddiaların hamısı puça çıxdı. Belə ki, bu gecə «Azadlıq»ın baş redaktoru Azərbaycana qayıdıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.