Hüseyn Cavidin nəşi Sibirdən Vətənə gətirilmışdir, (1982-ci il)
26-10-2011 / 10:29
Bu gün - 26 oktyabr : Avstriya - Parlament tərəfindən Avstriyanın daimi neytrallığı barədə Qanun qəbul edilmişdir. Polşa tarixində ölkənin digər dövlətlər arasında üçüncü (axırıncı) bölünməsi başa çatmışdır, (1795-ci il). Hüseyn Cavidin nəşi Sibirdən Vətənə gətirilmışdir, (1982-ci il).
Əhəmiyyətli hadisələr
1863 - Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaradılmışdır.
1905 - İsveç Norveçin müstəqilliyini tanımışdır.
1917 - Bakıda "İsmailiyyə" binasında Müsavat Partiyasının ilk qurultayı keçirilmişdir.
1917 - İlk cizgi filmi çəkilmişdir.
1956 - Vyanada Atom enerjisi üzrə beynəlxalq agentlik - MAQATE təsis edilmışdir.
1962 - Amerikanın Türkiyədəki qüvvələrini geri çəkməsi şərti ilə Xruşşov Kubadakı raketlərin sökülməsinə razı olmuşdur. Karib böhranı sona çatmışdır.
1962 - Böyük Britaniya və Fransa səsdənsürətli təyyarə hazırlamaq üçün müqavilə imzalamışlar.
1967 - İranın sonuncu şahının sonuncu (dördüncü) xanımı Fərəhin tacqoyma mərasimi keçirilmişdir. Fərəh Diba (Pəhləvi) İran tarixində tac qoyan ilk qadın (Şahbanu) kimi tarixə düşmüşdür.
1991 - Türkmənistanda referendum zamanı əhali yekdilliklə ölkənin müstəqilliyinə səs vermişdir.
1992 - İran prezidenti Rəfsəncani Azərbaycana rəsmi səfərə gəlmişdir. Səfər çərçivəsində İranla gələcək bərabərhüquqlu münasibətlərin əsasını qoyan 14 protokol imzalanmışdır. Bu hadisə Azərbaycanın müstəqillik tarixində ilk çoxsaylı protokol mərasimi kimi tarixə düşmüşdür.
1992 - Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradılmışdır.
1994 - İordaniya və İsrail 46 illik münaqişədən sonra sülh müqaviləsi imzalamışlar.
Doğumlar
1916 - Fransua Mitteran - fransız dövlət xadimi.
1919 - Məhəmməd Rza Pəhləvi - İran şahı.
1962 — Keri Elves — aktyor.
1963 — Tom Kavana — aktyor.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.