Rusiyada motosiklet mövsümünün bağlanışı nəfəs kəsən şoularla yadda qalıb
25-10-2011 / 15:22
FaktXeber.com-un Rusiya mediasına istinadən verdiyi məlumata görə, motosikletçi hərəkət halındakı maşının üzərində tullanaraq yanan çevrənin içindən keçib və yenidən hərəkət edən maşının üzərinə düşüb. O, bu təhlükəli hərəkəti ilə Ginessin Rekordlar Kitabına girib.
Moskva yaxınlığındakı Myaçkovo yarış mçeydançasında təşkil edilən proqram motiskletsevərlərin böyük marağına sahib olub. Mövsümün bağlanışına rəng qatan başqa bir hadisə isə yol polisinin şouya qatılması olub.
İdman motosikletindən istifadə edən sürücülər yay boyunca Moskva prospektlərində həyata keçirdikləri müxtəlif akrobatik hərəkətləri sərgiləyib. Etibarlı hətəkəti seçən yol polisi isə sürəti artırmadan eskort nümayişi göstərib.
Motosikletçilər 2012-ci ilin mövsüm açılışını isə aprel ayında keçirəcəklər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.