"Bizi döyün, tutun, öldürün, özünüz bilərsiniz, amma gədə-güdəni bizim üstümüzə qısqırtmayın"
25-10-2011 / 13:25
Qarabağ Azadlıq Təşkilatı Azərbaycan hakimiyyətini kəskin tənqid edən bəyanat qəbul edib. QAT mətbuat xidmətindən FaktXeber.com-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan Daxili işlər nazirinin İrəvana səfəri ilə bağlı rüsvayçılıq hələ yaddaşlardan silinməmiş işğalçı Ermənistanın xüsusi xidmət nümayəndələrinin Bakıya səfərinə dair məlumat yayılıb. Bu, artıq Azərbaycan hakimiyyətinin işğalçı Ermənistan qarşısında təslim olması, işğalla barışması deməkdir. İşğalçı Ermənistan öz hökmünü Azərbaycan hakimiyyətinə diqtə edir. Azərbaycan Ermənistanın əlində bir oyuncağa çevrilib, onunla nə cür istəyirlər, o cür də rəftar edirlər. Bu, çox böyük bir rəzalət və rüsvayçılıqdır. Tarixdə heç bir dövlət başqa bir dövlətin, özü də işğalçı və terrorçu bir dövlətin, qarşısında bu qədər alçalmamışdı. Yazının davamını buradan izləyin
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.