BMT, Meksikanın Şimali Amerikada jurnalistlər üçün ən təhlükəli ölkə olduğunu bildirib
25-10-2011 / 12:31
FaktXeber.com xəbər verir ki, BMT və Amerika Dövlətləri Təşkilatı (OAS) mütəxəssislərinin birgə yayımladıqları hesabatda, Meksikada bu il 13 jurnalistin öldürüldüyü bildirilib. Bu ədəd 2000-ci ildən bəri 70 ədəd olub.
BMT İnsan Haqqları Şurasının ifadə azadlığı nümayəndəsi də Meksikanın jurnalistlər üçün dünyanın ən təhlükəli beşinci ölkəsi olduğunu söyləyib. OAS nümayəndəsi Katalina Botero, Meksika hökumətinin jurnalistləri qorumaq üçün lazımi tədbir görməsini vurğulayıb.
Meksika xarici işlər naziri köməkçisi Felipe Esus Zamora isə bildirib ki, Meksika hökuməti jurnalistləri qorumağa köməkçi olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.