Gəncə şəhər İcra Hakimiyyəti Media Hüququ İnstitutuna (MHİ) jurnalistlər üçün treninq keçirməyə icazə verməyib
25-10-2011 / 10:10
FaktXeber.com xəbər verir ki, bu barədə dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) MHİ-nin proqram koordinatoru Xalid Ağaliyev məlumat verib.
X. Ağaliyevin sözlərinə görə, MHİ oktyabrın 22-də Gəncədə jurnalistlər üçün mediada peşəkarlığın, informasiya əldə etmə vərdişlərinin artırılması ilə bağlı treninq keçirməli idi:
“Oktyabrın 21-də MHİ-yə bildirdilər ki, treninqlə bağlı şəhərin icra hakimiyyətinə məlumat verilməlidir. Biz də məktub göndərərək treninqlə bağlı İH- nı məlumatlandırdıq. Gəncə İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsindən Ruslan Qardaşov adlı şəxs MHİ-yə tədbirin təxirə salınmasını və şəhər İH-nin rəhbərliyi Gəncədə belə treninqin keçirilməsini məqsədəuyğun hesab etmədiklərini əsas gətirdilər. MHİ rəhbərliyi yaranmış vəziyyətlə bağlı Prezident Administrasiyasına müraciət etsə də, bunun bir nəticəsi olmayıb” deyə proqram koordinatoru Xalid Ağaliyev bildirdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.