FaktXeber.com-un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmar Qəzzafini öldürən 22 yaşlı cavan "Farsnews"-a müsahibəsində bir sıra həqiqətlərə aydınlıq gətirib. Qəzzafinin üzyünü və əynində olan son geyimini özündə sənəd kimi saxlayan Sadiq Əl-Əribi verdiyi müsqahibəsində deyib:
“Mən 1989-cu ildə Binqazi şəhərinin Həyyul-Macuri məntəqəsində dünyaya göz açmışam. Orta məktəbi ailəmin iqtisadi durumunun ağır olduğundan yarımçıq qoyaraq işləmişəm.”
Jurnalist: Nəyə görə Qəzzafi və onun ailəsinə bu qədər nifrət bəsləyirsən?
Siz Liviyalı olmasanız bu nifrətin haradan doğduğunu bilməzsiz. O, 42 illik hakimiyyəti dövründə həm siyasi və həm də dini cəhətdən xalqımıza olmazın zərbələr vurub. Müxaliflərini isə amansızcasına məhv edib. Qəzzafinin ailəsi özündən daha qəddar idi. Onun oğlanları xoşlamadıqları şəxsi asanlıqla aradan aparırdılar. Xalqın milyonlarla dollar sərvətini isə öz əyyaşlıqları üçün xərcləyirdilər. Yadıma gəlir, Seyfülislam Qəzzafi bir dəfə İsveçrədə Amerikalı müğənninin oxumasına görə, 5 milyon dollar pul vermişdi. Sizcə belə bir insanlara nifrət bəslənilməməlidir?!”
Jurnalist: Qəzzafinin yaxalanması hadisəsini dəqiqliklə bizə danışa bilərsinizmi?
“Sert şəhəri süqut etdikdən sonra, mən və Binqazi qvardiyasından olan bir neçə nəfər Qəzzafinin tərəfdarlarını tapmaq məqsədilə evləri axtarmağa başladıq. Amma onlardan heç kəsi tapa bilmədik. Mən yoldaşlarımı dedim ki, gəlin Əl-Xəzra məntəqəsinə gedək. Ora çatanda gördüm bir neçə nəfər qaçır. Mən Qəzzafini arxadan, saçlarından tanıdım. Tez onlara tərər hərəkət edərək, atəş açdıq. Qəzzafinin yanındakılar qaçaraq onu tək qoydular. Mən arxadan çatıb Qəzzafinin saçlarından dartaraq üzünə möhkəm sillə vurdum. Özünü itirən Qəzzafi mənə: “Sən mənim oğlumsan”, dedi. Mən ona ikinci dəfə möhkəm sillə vurdum. Sonra onu yerə yıxıb, əlin bağladıqdan sonra aparıb maşına mindirdim. Mən onu Binqaziyə aparmaq istəyirdim.”
Jurnalist: Siz onu maşına diri mindirdikdən sonra nə baş verdi?
“Mən və dostlarım Qəzzafini Binqaziyə aparmağı planlaşdırmışdıq. Ancaq yolda onu aparakən maşının tərkində olan döyüşçülər, Qəzzafini tutmuşuq deyə fəryad etməyə başladılar. Bunu eşidən digər qvradiyanın döyüşçüləri maşını saxladaraq, Qəzzafini yerə endirərək döyməyə başladılar. Mən onlara dedim ki, Qəzzafini mən tutmuşam, odur ki, onu Binqaziyə aparacağam. Amma digər qvardiyadan olanlar bununla razılaşmadılar. Sonda sayları daha çox olan Misratə şəhərinin qvardiyası, Qəzzafini Misratəyə aparacaqlarını söylədilər. Mən onların bu hərəkətlərindən qəzəblənərək silahı çıxarıb Qəzzafini öldürdüm.”
Jurnalist: Neçə güllə vurdun?
“Bir güllə sinəsinə, bir güllə də başına vurdum.”
Jurnalist: Biz ilkin görüntülərdə Qəzzafinin kanalizasiyadan çıxarıldıqdan sonra öldürüldüyünün şahidi idik. Bu belə idi?
Xeyr. O, orada deyildi. Ancaq öncə oradan gizlənmək üçün istifadə edibmiş. Biz onu elə o borunun yaxınlığında yaxaladıq.
Jurnalist: Qəzzafini öldürülməsi əvəzinə mühakimə olunması daha yaxşı olmazdımı?
Qəzzafinin mühakimə bəzi cəhətdən daha yaxşı olardı. Ancaq vəziyyət elə alındı ki, mən onu öldürdüm. Əlbəttə bir cəhətdən Qəzzafinin öldürülüməsi daha məqəsədəuyğun görünür. Əgər o, yaşasaydı, onun məhkəmə prosesi uzun çəkəcəkdi. Onun diri olması isə havadarlarını ümidləndirə bilərdi. Bu halda döyüşlərin davam etməsi gözlənilirdi.”

Qəzzafinin üzük və paltarları

Babək