Risk edib adaya ayaq basanlar, çirkli və eybəcər gəlinciklər diyarına düşür. Gəlinciklər ağaclardan asılmış vəziyyətdədir. Onlar çox qorzunc görünür. Birinin başı 180 dərəcə dönmüş vəziyyətdədir, bir başqasının isə ümumiyyətlə başı, qolu və ayağı yoxdur. Bir başqası isə sadəlövh mavi gözlərlə sizə baxır, bir başqasının isə qaralmış sifətini görürsüz, digərinin isə göz bəbəkləri yoxdur. Paltarları isə cırılmış, kirli və yox vəziyyətindədir.
Ada barədə məlumat ondan ibarətdir ki, 1921-ci ildə Meksikada doğulmuş Don Culian Santana adlı avaraçılıqla məşğul bir şəxs bir müddət sonra qəfildən köhnə gəlincikləri yığmağa başlayıb. Onun yenilərini almağa pulu olmadığı üçün, vəziyyətindən asılı olmayaraq - başı yox, qolu qırılmış, paltarsız, çirkli gəlincikləri yığmağa başlayır.
1975-ci ildə isə o qəfildən doğma şəhəri Asunsonu tərk edərək, topladığı gəlinciklərlə bərabər qayığa minib heç vaxt geri dönməmək niyyəti ilə bu adaya gəlir. O bütün məhəbbətini bu adaya salır.
Meksikalı Robinzon Kruzo adada təsərrüfatla məşğul olub. Özünə daxma düzəldir, meyvə və tərəvəzlər yetişdirir, kanalda balıq tutur.
Bu müddət ərzində onunla əlaqə saxlayan yeganə şəxs isə bacısı qızı Anastasiya Santana olub. O qayıqla dayısına baltar, ərzaq, meyvə və tərəvəzlərin yetişdirilməsi üçün avadanlıq gətirib.
Bütün həyatı boyu Don Julian adanı gəlinciklərlə bəzəyib. Demək olar ki, gəlincik asılmamış ağac qalmayıb. Burada mindən çox gəlincik var.
Bu adada baş verənlər isə 1991-ci ildə ekoloqların yaxınlıqdakı kanalda təmizlik işləri aparması zamanı aşkarlanıb.
Don Julian özü isə 2001-ci ildə bacısı qızı tərəfindən adada ölü vəziyyətdə tapılıb.


















Aysel Məmmədova