"ABŞ və Avropaya ümid edərək, Qərbdən gələn dəyişiklik mesajlarına bel bağlamışıq. Məsələn demişik ki, xalq hazırlaş, "X" planı qarşıdadır. Hakimiyyət göydən düşəcək. Gərək biz mifoloji və əsatir nəzəriyyələrindən əl çəkək"
24-10-2011 / 13:44
Məlum olduğu kimi “Avroviziya” beynəlxalq mahnı müsabiqəsi ilk dəfə olaraq gələn il Azərbaycanda təşkil olunacaq. Artıq bununla bağlı ölkədə ciddi işlər görülməyə başlayıb. Lakin bəzi hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri “Avroviziya” mahnı müsabiqəsindən siyasi məqsədlər və ölkədə olan qeyri-demokratik durumu bərpa eləmək üçün istifadə etmək istəyirlər. Belə ki, onların fikrincə “Avrovizya” mahnı müsabiqəsinin keçirildiyi məkan tam olaraq Avropa dəyərlərinə müsbət yanaşan ölkədə təşkil edilməlidir. Lakin Azərbaycanda insanların ciddi şəkildə mülkiyyət hüquqlarının pozulması, ölkədə 76-ya yaxın siyasi məhbusun olması, media azadlıqlarının məhdudlaşdırılması və insan haqlarının ciddi şəkildə pozulması Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsinə imkan verməyən amillərdir. Belə olan halda Azərbaycan hakimiyyəti ya deyilən problemləri aradan qaldırmalıdır, əks halda Avropa Yayım Şurası qarşısında götürdüyü öhdəliyə əməl etməmiş olacaq. Artıq bununla bağlı “İnsan Hüquqları Klubu”, “Sülh və Demokratoya İnstitutu”, “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”, “Siyasi Azadlıqları Müdafiə Alyansı” kampaniyaya başlayıblar.
Digər tərəfdən ölkənin bəzi nüfuzlu ictimaiyyət nümayəndələri vardır ki, bu kampaniyanın effekt verməyəcəyi fikrindədirlər. Bu şəxslərdən biri də ölkənin tanınmış jurnalistlərindən olan Eynulla Fətullayevdir. Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən Eynulla Fətullayev bildirdi ki, məsələlərə real və rasional münasibət bəsləmək lazımdır. Görünür bu kampaniyanı təşkil edən insanlar, “Avroviziya”dan istifadə edərək, Azərbaycanda situasiyanı dəyişmək istəyirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.